Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz”ın terroru: Qazın qiymətini qaldıran qurumun işçiləri qaz borusuna niyə hava vurur? - Video

“Azəriqaz” cinayət üstündə yaxalandı…

Sosial şəbəkələrdə “Azəriqaz” İB-nin işçilərinin əsas qaz borusuna hava vurması ilə bağlı görüntülər yayılıb. Görüntülərdən açıq şəkildə görünür ki, “Azəriqaz” İB-nin işçiləri texniki yolla əsas boru xəttinə hava vurur.

Qeyd edək ki, artıq neçə illərdir ki, əhali “Azəriqaz” tərəfində qaz borularına hava vurduğunu iddia etsə də, qurum bu iddilara münasibət bildirmirdi. İndi isə Azəriqaz” cinayət üstündə yaxalanıb. Cinayət deyirik, çünki qaz borusuna hava vurmaq sözün həqiqi mənasında cinayət tərkibli əməldir və bunu dövlət qurumu edirsə, bu qurumun günahı və məsuliyyəti daha böyükdür.Azəriqaz” boruya hava vurmaqla təkcə milyonlarla abonentin halal pulunu oğurlamır, həmçinin milyonlarla insanın da həyatını təhlükə altına atır. Çünki boruda hava olduqda qaz kəsintiləri yaranır və sönmüş açıq sobalardan qaz mənzillərə yayılır. Hər il qış mövsümündə qaz istilik sobalarından istifadə edən onlarla insanın dəm qazından boğulması da bəzən bununla bağlıdır.

Bəs görəsən milyonlarla abonentinin həyatı hansı səbəbdən təhlükəyə atılır? Qaz idarələrinin müdirləri və səlahiyyətli şəxsləri pul qazanmaq naminə bu cinayətə yol vermirlərmi? Həm də bu cinayət kütləvi şəkildə, rəsmi dövlət qurumunun rəhbətlərinin birbaşa tapşırığı ilə həyata keçirilirsə, onda buna nə ad vermək olar? Sözsüz ki, sıradan bir vətəndaş bu cinayəti törətsəydi, “Azəriqaz” İB-nin rəhbərləri həmin şəxsi terrorçu olaraq ictimaiyyətə təqdim edər və həmin şəxsin ən sərt şəkildə cəzalandırılmasını tələb edərdi. Bu durummda Azəriqaz” İB-nin rəhbərliyi niyə cəzalandırılmır?

Fotolar

Məsələ ilə bağlı PİA.az-ın əmkdaşı “Azəriqaz” İB-yə müraciət edib. Qeyd edək ki, qurumun mətbuat katibinin mobil və iş nömrəsinə dəfələrlə zəng etməyimizə baxmayaraq telefonlarımıza cavab verən olmadı. Bütün hallarda “Azəriqaz” İB-nin bu görüntülərlə bağlı rəsmi mövqeyi bizim üçün maraqlıdır. Hesab edirik ki, bütün hallarda bu görüntülərlə bağl “Azəriqaz” İB mövqe bildirməlidir. Ya qurum cinayətini etiraf etməli, ya da görüntülərdə baş verənləri məntiqli və texniki cəhətdən əsaslandırmalıdır.

Xatırladaq ki, bu məsələ 2017-ci ildə də mətbuatın diqqət mərkəzində olub. Həmin vaxt Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə “Azəriqaz”da qaza hava furmaq üçün istifadə olunan qurğunun fotosunu dərcedərək iddia etmişdi ki, qurum həmin qurğu vasitəsi ilə qaz borularına hava vurur. Həmin iddiaları şərh edən “Azəriqaz”ın sabiq idarə rəisi, ekspert Nüsrət Qasımov isə bu iddalarla bağlı bildirmişdi ki, qaz kəmərlərinə hava vurulması barədə fikirlərin heç bir əsası yoxdur. Lakin digər ekspertlər Nüsrət Qasımovun arqumentləri ilə razılaşmamışdılar.

Həmin məlumatla bu linkdən tanış olun:  hava-vurulub-ehaliye-satilmasi-iddialarina-cavab-verdi"> https://www.yeniavaz.com/az/newscontent/znewscontent/41776/azeriqaz-qazin-terkibine-hava-vurulub-ehaliye-satilmasi-iddialarina-cavab-verdi 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - Foto

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Ən çox oxunanalar