Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” veteranları təbrik etdi

“Azercell Telekom” MMC dünya müstəvisində əlamətdar tarix kimi qeyd edilən 9 may - faşizm üzərində qələbə günü münasibətilə xeyriyyə təşəbbüsünü reallaşdırıb...

Koronavirus pandemiyası dövrünə təsadüf edən qələbənin 75-ci ildönümündə lider mobil operator qəhrəmanlıq və şücaəti ilə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olan İkinci Dünya müharibəsi veteranlarını dəyərli ərzaq sovqatları ilə sevindirib.

Xeyriyyə aksiyası çərçivəsində “AzercellAzərbaycanın müxtəlif şəhər və regionlarında yaşayan bütün İkinci Dünya müharibəsi veteranlarına baş çəkərək onların bayramlarını təbrik edib. Hədiyyələrin ünvanlara çatdırılmasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərpoçt” MMC həyata keçirib.

Xatırladaq ki, hansı müharibədə iştirak etməsindən asılı olmayaraq Vətənin müdafiəsində danılmaz xidmətləri olan bütün veteranlamıza hər zaman qayğı ilə yanaşan “Azercell” 2015-ci ildən etibarən “Veteran” kampaniyasını da keçirir. Bu təklifdən yararlanan veteranlar təqvim ayı ərzində nömrələrinə birinci dəfə yüklədikləri məbləğ müqabilində eyni vəsaiti balanslarına hədiyyə qismində əldə edirlər. Qeyd edək ki, müharibə veteranı statusuna malik Fakturasız Xətt (Sim-Sim) istifadəçiləri “Azercell”in Müştəri Xidmətləri ofislərinə müraciət edərək istifadə etdikləri nömrədə kampaniyanı aktiv edə bilərlər.

Azərbaycan xalqı İkinci Dünya müharibəsinin 1941-1945-ci illəri ərzində cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, qələbə naminə həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl qəhramanlıq nümayiş etdirib. “Azercell” şirkəti müxtəlif müharibə illərində orduda döyüşən bütün veteranlarımıza uzun ömür, cansağlığı arzulayır! Bizim qələbələrimiz hələ irəlidədir.

pia.az


Etiket: “Azercell”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Ən çox oxunanalar