Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell-in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu

May ayının 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə “Bakı Marafonu – 2022” baş tutdu. Minlərlə idmansevər Bakı Bulvarında toplaşaraq “Küləyə qalib gəl” şüarı altında həyata keçən bu yarışa qatıldı.

Azercell Telekom”dan PİA.az-a verilən məlumata görə, ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu”nun 5 illik yubileyi bir sıra yeniliklər ilə yadda qaldı. Belə ki, yarışçılar üçün yeni marşrut tətbiq edilərək start və finiş nöqtəsi eyni məkanda yerləşdirildi. İştirakçılar Dövlət Bayrağı meydanında toplaşaraq 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıtdılar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaratdı.

Quba-Xınalıq yolunda sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görülür - VİDEO
Tanrıqulular kənd yolu yenidən qurulub - FOTO - VİDEO
Hava nəqliyyatı ilə sərnişin daşınmaları 3 dəfə artıb
2017-ci ildən etibarən tədbirə tərəfdaşlıq edən Azercell növbəti dəfə abunəçilərini sağlam həyat tərzi sürməyə səslədi. Ənənəvi olaraq bu il də təşkil edilən marafona “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və Azercell-in korporativ abunəçiləri qatıldı.

Yarışın rəqəmsal tərəfdaşının dəstəyilə iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirildi. Bu texnoloji həll mobil operatorun “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən strateji məqsədinin tələblərinə də tam cavab verdi. Belə ki, marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək imkanı yaradıldı.

Qaliblər Azercell tərəfindən xüsusi hədiyyələr ilə mükafatlandırıldı. Finiş xəttini keçən ilk üç qadın və ilk üç kişi iştirakçıya lider mobil operator xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və “Sərbəst 15” tarif paketinə 6 aylıq abunəlik hədiyyə etdi. AzercellBakı Marafonu”nda iştirak edən tələbələri də diqqət mərkəzində saxladı. Tələbələr arasında birinci yeri tutan xanım və kişi iştirakçıya xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və 6 aylıq pulsuz istifadə müddəti olan “GəncOL9” tarif paketi təqdim edildi.

Yarışçılara dəstək olmaq üçün tədbirə qatılanlar da asudə vaxtlarını yüksək dəyərləndirdilər. Musiqi ilə müşayiət edilən tədbirdə atletlər zonasında pilates məşqləri təşkil edildi, uşaqlar üçün əyləncə zonasında isə marafonun kiçik qonaqları xüsusi proqram ilə qarşılandı. Marafon məşhur mügənnilərin konsert proqramı ilə yekunlaşdı.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

Ən çox oxunanalar