Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı jurnalistin İrəvana səfəri Ermənistanda böyük qalmaqal yaratdı — Mehman Əliyevdən açıqlama

“Orada elə biliblər ki, bizim əməkdaşımız həmişəlik Ermənistanda qalıb işləyəcək”

PİA.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevin və daha bir neçə jurnalistin İrəvana səfəri ilə bağlı yayılan məlumatlara münasibət bildirən sözügedən Agentliyin rəhbəri Mehman Əliyev deyib.

Mehman Əliyev İrəvanda olan “Turan” əməkdaşının qondarma “soyqırımı” abidəsini ziyarət etməsi haqda Ermənistan mediasının məlumatına da aydınlıq gətirib:

“Bu məsələlərlə bağlı hazırlanmış yazı bir azdan saytımızda yerləşdiriləcək. Bu səfər haqqında silsilə yazılar olacaq, onları oxusaz, hər şey aydın görünəcək.

Eyni zamanda, əməkdaşımızın qondarma “soyqırımı” abidəsini ziyarət etməsi haqda Ermənistan mətbuatının yaydığı məlumata da aydınlıq gətiriləcək, oxuya bilərsiz.

Orada həmin abidəni ziyarət etmək söhbəti olmayıb. Oradakı muzeyin rəhbəri əməkdaşımıza müsahibə verməyə razılaşmışdı, ancaq son anda müsahibədən qaçdı, o işi başqasına həvalə etdi. O adam isə muzeyi göstərsə də, müsahibədən qaçıb. Məsələ belə olub.

Ermənistanda sosial şəbəkələrdə bu səfərlə bağlı müzakirələr gedir. Orada elə biliblər ki, bizim əməkdaşımız akkreditasiyadan keçdikdən sonra həmişəlik Ermənistanda qalıb işləyəcək.

Ermənistanın Xarici İşlər Nazirliyi məsələni elə təqdim elədi ki, əməkdaşımız guya orada qalacaq. Bu da Ermənistanda böyük qalmaqala səbəb olub”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar