Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində çıxış edib

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən başlayaraq martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.

"Report" xəbər verir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində “Qelikon-opera” Teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib. Leyla Əliyeva konsertdən əvvəl musiqiçilərlə görüşüb.

Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçirilən konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adıgözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov AzərbaycanRusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim ediblər.

Azərbaycanın Xalq artisti Yusif Eyvazov jurnalistlərə müsahibəsində deyib: “Hər birimizə təbrik düşür. Çünki bu, möhtəşəm musiqi bayramıdır. Biz incəsənət xadimləri üçün burada iştirak etmək şərəflidir. Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri hər sahədə inkişaf edir. Biz isə bu əlaqələrin daha da inkişaf etdirilməsində yaxından iştirak etməyə hazırıq”.

Xalq artisti Elçin Əzizov möhtəşəm konsertin təşkil olunduğunu bildirərək deyib: “Burada tanınmış, istedadlı insanlar toplaşıb. Azərbaycan ifaçıları klassik rus bəstəkarlarının əsərlərini ifa etməklə ölkəmizin rus mədəniyyətinə, incəsənətinə, musiqisinə olan xoş münasibətini sərgiləmiş olurlar”.

Bu möhtəşəm səhnədə çıxış etməsindən böyük şərəf hissi duyduğunu bildirən Xalq artisti Murad Adıgözəlzadə Moskvada Azərbaycan günlərinin təşkilinin önəmini vurğulayıb.

Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Pyotr Çaykovski, Mixail Qlinka, Aleksandr Borodin və digər bəstəkarların sevilən əsərləri səsləndirilib.

pia.az

 

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay