Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın bəzi rayonlarında ət ucuzlaşıb - Foto

Son günlər bəzi rayonlarda kəsim məntəqələrində ətin qiymətində enmə müşahidə olunur...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə rayonlardan biri Ağsudur.

Satıcıların sözlərinə görə, əvvəllər 15, hətta 16 manata satılan dana ətinin 1 kiloqramının qiyməti hazırda rayon ərazisində 13-14 manata təklif olunur.

Ət satışı ilə məşğul olan Ulduz Allahyarov bildirib ki, qiymətin enməsinə səbəb heyvan bazarındakı ucuzlaşma ilə bağlıdır:

“Son bir neçə gündə heyvanın diri çəkisinin qiymətində qeydə alınan ucuzlaşma ət dükanlarında da qiymətə təsir edib. Buna görə də hazırda kəsim məntəqələrində qiymətlər 1, bəzi yerlərdə 2 manat aşağı enib”.

Digər satıcılar isə qiymətin enməsini alıcıların azalması ilə əlaqəndirirlər. Satıcıların sözlərinə görə, əvvəllər 150 kiloqram çəkisi olan dananın əti bir gündə satılıb qurtarırdısa, indi 3 günə də satılmır. Bu isə qiymətə də təsir göstərib. Həmçinin hazırda yem bazarında da qiymətlər stabil olduğundan, kəndlilər heyvanları çox da baha təklif etmək niyyətində deyil. Çünki onlar heyvanı baha satanda kəsim məntəqələrində də qiymətlər bahalaşır. Nəticədə alıcı qıtlığı yaranır ki, bu da kəndlilərə sərf etmir.

Ağsuda dana ətindən fərqli olaraq, quzu ətində ucuzlaşma müşahidə edilmir. Hazırda rayonun bütün ət satışı dükanlarında quzu ətinin bir kiloqramının qiyməti 17 manatdır.

AğdamBərdə rayonlarında da dana ətinin qiymətində enmə müşahidə olunur. Belə ki, Bərdə rayonunda dana əti 14 manatdan 13 manata, quzu əti 18 manatdan 17 manata ucuzlaşıb. Qoç ətinin qiyməti də 1 manat enib.

Ağdam rayonunun bəzi ərazilərində ətin qiyməti ensə də, bir sıra kəndlərdə əvvəlki qiymətə satılır. Quzanlı qəsəbəsində dana əti 14 manatdan 13 manata, quzu əti 17 manatdan 16 manata, qoç əti 16 manatdan 15 manata ucuzlaşıb.

Poliqon.info


Etiket: ət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

Bayramov-Mirzoyan-Blinken görüşü... - Sülh yolunda irəliləyiş gözlənilir?

Ərəstun Oruclu: Orban bunu Putinin tapşırığı ilə edirdi...

Maşının yanmağını istəmirsinizsə... – Bu əşyanı içəridə saxlamayın

Ən çox oxunanalar