Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü yenə gündəmdə - Erməni hiyləsi?..

Yeravan Avrasiya İqtisadi İttifaqının Qırğızıstanda keçirilən iclasında müşahidəçi qismində Azərbaycanın iştirakına tərəfdaşlarının xahişinə görə etiraz etməyib...

Politoloq: “Əslində, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqında iştirakına maneçilik törətmir. Məsələ orasındadır ki, Azərbaycanın həm Avrasiya İqtisadi İttifaqında, həm də KTMT-də iştirak etməməsinin əsas səbəbi odur ki, rəsmi Bakı konkret Rusiya tərəfində olduğuna göstərmək istəmir”.

Azərbaycan Qərb və Rusiya arasında balans siyasəti hazırda olduqca peşəkar şəkildə icra edir. Bu balansların qorunmasında da ittifaqlardan yayınma ən önəmli faktordur”.

Bu sözləri politoloq Turan Rzayev Yeravanın Avrasiya İqtisadi İttifaqının Qırğızıstanda keçirilən iclasında müşahidəçi qismində Azərbaycanın iştirakına etiraz etməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan xarici işlər nazirliyindən verilən açıqlamada bildirilir ki, tərəfdaşlarının xahişlərini nəzərə alaraq Yeravan Avrasiya İqtisadi İttifaqının Qırğızıstanda keçirilən iclasında müşahidəçi qismində Azərbaycanın iştirakına etiraz etməyib. Son zamanlar hiss olunur ki, Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında təmaslar artıb.

Aİİ ilə daha geniş əməkdaşlıq platformalarında Azərbaycanın iştirakının təmin olunması rəsmi Bakı üçün nə qədər vacibdir və bu iştirakın hansı geosiyasi, siyasi və iqtisadi mənfəətləri var?

Azərbaycanla Avrasiya İqtisadi İttifaqının əməkdaşlığını PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Rəsmi Bakının indiki məqamda Avrasiya İqtisadi İttifaqına qoşulmasından söhbət belə gedə bilməz”.

Ermənistan Qərbin və Brüsselin gözündə Bakını dəyərdən salmaq üçün bu kimi ciddi siyasi addımları atmağa çalışdığını düşünən politoloq PİA.az-a bildirib ki, buna görə də rəsmi Bakı bu məsələdə ehtiyyatlı davranmalıdır:

“Əslində, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqında iştirakına maneçilik törətmir. Məsələ orasındadır ki, Azərbaycanın həm Avrasiya İqtisadi İttifaqında, həm də KTMT-də iştirak etməməsinin əsas səbəbi odur ki, rəsmi Bakı konkret Rusiya tərəfində olduğuna göstərmək istəmir. Azərbaycanın milli və geosiyasi maraqları tamam fərqli aspektdə cərəyan edir. Xüsusilə Azərbaycan Qərblə münasibətləri fonunda Rusiya ilə iqtisadi, siyasi və başqa sahələrdə ittifaq içində görünmək istəmir. Çünki Ermənistanın geosiyasi uğursuzluğunun səbələrindən biri də budur. Yeravan iki stulda oturmağa çalışmaqla əslində geosiyasi arenada manevr etmək imkanlarını məhdudlaşdırır və həm Rusiya, həm də Qərb Yeravana təzyiqlər edə bilir. Azərbaycanın Rusiyanın liderliyində olan ittifaqlarda təmsil olunması isə rəsmi Bakının balans siyasətinə ziddir və bu həm Ermənistanın əlinə verilən səbəb də ola bilər. Ümumilikdə isə Azərbaycanın Aİİ və KTMT-də olması heç bir geosiyasi, siyasi və iqtisadi mənfəət vəd etmir, əksinə bu ancaq Qərbdən və Rusiyadan gələn təzyiqləri artıra bilər.

Onsuz da, Azərbaycan Qərb və Rusiya arasında balans siyasəti hazırda olduqca peşəkar şəkildə icra edir. Bu balansların qorunmasında da ittifaqlardan yayınma ən önəmli faktordur. Rəsmi Bakının indiki məqamda Avrasiya İqtisadi İttifaqına qoşulmasından söhbət belə gedə bilməz. Bu bizim milli maraqlarımıza ziddir. Amma Azərbaycanın indiki məqamda Avrasiya İqtisadi İttifaqında müşahidəçi qismində iştirakının elə də bir problemi yoxdur. Üzv yox, müşahidəçi qismində Azərbaycan Avrasiya İqtisadi İttifaqında iştirak edə bilər və bu bizim yararımızadır.

Turan Rzayev: “Ermənistan XİN bu bəyanatı ilə Azərbaycanı Qərbin hədəfinə çevirmək istəyir. Yəni Yeravandan Qərbə mesaj vermək istəyirki ki, Azərbaycan Rusiya ilə daha çox yaxınlaşır. Bu da erməni hiyləgərliyinin nümunələrindən biridir”.

Onu da qeyd edim ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi qismində iştirakı bütün hallarda təşkilata üzv olmaq anlamına gəlmir. Biz Avrasiya İqtisadi İttifaqına üzv olmaqdan uzağıq. Azərbaycan tərəfi də bunu dəfələrlə bəyan edib. Düzdür, Azərbaycan tərəfi bunu tam açıq şəkildə bildirməyib. Azərbaycan Rusiya ilə münasibətlərinin pozulmaması üçün ittifaqda müşahidəçi qismində iştirak edə bilər.

Aydın məsələdir ki, Ermənistan XİN bu bəyanatı ilə Azərbaycanı Qərbin hədəfinə çevirmək istəyir. Yəni Yeravandan Qərbə mesaj vermək istəyirki ki, Azərbaycan Rusiya ilə əməkdaşlıq edir və Rusiya ilə daha çox yaxınlaşır. Bu da erməni hiyləgərliyinin nümunələrindən biridir.

Bildiyimiz kimi, Brüssel variantında Azərbaycan hazırda daha dominant mövqedədir. Ermənistan da bundan narahatdır. Ermənistan Qərbin və Brüsselin gözündə Bakını dəyərdən salmaq üçün bu kimi ciddi siyasi addımlar atmağa çalışır. Buna görə də hesab edirəm ki, rəsmi Bakı bu məsələdə ehtiyyatlı davranmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Yol polisi və AYNA Bakının küçə və prospektlərdə monitorinqlər keçirəcək

Ən çox oxunanalar