Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığında fəaliyyəti dayandırıldı

Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığında fəaliyyəti dayandırıldı və onun qarşısına 5 tələb qoyulub

PİA.AZ xəbər verir ki, bu barədə ADR Hərəkatının rəhbəri, iqtisadçı-alim Qubad İbadoğlu məlumat verib.

Açıq Hökümət Tərəfdaşlığının (AHT) rəhbər komitəsi dekabrın 5-də Vaşinqtonda keçirilən iclasında Azərbaycanın bu təşəbbüsdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib. Bu barədə rəsmi məlumat bu gün açıqlanıb.

Bu məlumatda bildirilir ki:

1) 2019-cu il martın 1-dək AHT-nin İştirakçılıq və birgə əməkdaşlıq standarlarının minimum tələblərinə cavab verən Yol Xəritəsi hazırlanmalıdır. Yol xəritəsində AHT Forumun üzvlərinin və prosesə cəlb edilmiş digər maraq qruplarının əsas görüşlərinin vaxtı daxil edilməli, Yol Xəritəsi dərc olunmalı və müəyyən edilmiş son müddətədək AHT-nin həmsədrlərinə təqdim olunmalıdır.

2) 2019-cu ilin iyunun 1-dək Azərbaycan AHT prosesinə liderlik etmək üçün nazir və ondan yuxarı səviyyədə nümayəndə təyin etməlidir.

3) 2019-cu ilin iyunun 1-dək Azərbaycan vətəndaş OGP Forumu və onun xaricində fəaliyyət göstərən maraq qruplarının iştirakı ilə əhatəli bir proses vasitəsilə AHT-nin fəaliyyət planının hazırlanmasına başlamalı və yenilənmiş təkliflərə vətəndaş cəmiyyətinə olan məhdudiyyətləri həll etmək üçün islahatlar daxil etməlidir.

4) 2019-cu ilin dekabr ayının 31-dək Azərbaycan AHT üzrə yekunlaşdırılmış Milli Fəaliyyət Planını başa çatdırmalı, təsdiq etməli və AHT katibliyinə təqdim etməlidir.

5) 2012-ci il avqust ayının 31-dək AHT fəaliyyət planının icrası başa çatdrıılmalıdır. Bu planın yerinə yetirilməsi müstəqil icmal mexanizmi vasitəsilə qiymətləndiriləcək.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Ən çox oxunanalar