Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Azərbaycanın 8 paracüdoçusu Bakıda keçiriləcək dünya çempionatına buraxılmayıb...

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, Aydın Əhmədov, Bayram Mustafayev, Vüqar Şirinli, Xəyal Qəniyev, Kamil Ağayev, Taleh Şabiyev, Əlican İsmayılzadə və Abdulla İsmayılov beynəlxalq həkimlər tərəfindən götürülən tibbi təsnifatdan keçə bilməyiblər.

Lakin onlar növbəti yarışlarında yenidən əlavə müayinə ilə tibbi təsnifata cəlb olunacaqlar.

Müayinə nəticəsində kişilərdən Amil Əliyev, Hüseyn Rəhimli, Zakir Mislimov, Kənan Abdullaxanlı, qadınlardan isə Əsma İbrahimova, Şəhanə Hacıyeva, Vəfa Seyidova və Xanım Hüseynova tibbi təsnifatdan keçərək, yarışda iştirak hüququ qazanıblar.

Beləliklə, dünya çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu - İsmayıl Muradov (60 kq J1), Amil Əliyev (73 kq J1), Hüseyn Rəhimli (73 kq J2), Namiq Abaslı (73 kq J2), Zakir Mislimov (90 kq J1), İlham Zəkiyev (+90 kq J1), Kənan Abdullaxanlı (+90 kq J2), Əsma İbrahimova (48 kq J2), Şəhanə Hacıyeva (48 kq J2), Vəfa Seydova (57 kq J1), Xanım Hüseynova (70 kq J2), Xatirə İsmiyeva (+70 kq J1) və Dürsədəf Kərimova (+70 kq J2) təmsil edəcək.

Yarış 8 - 10 noyabrda Heydər Əliyev İdman Konsert Kompleksində təşkil olunacaq.

Qeyd edək ki, Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına qədər bir neçə dəfə təşkil edilən tibbi təsnifatlar nüfuzlu yarışda tibbi göstərişlərinə görə iştirak edəcək idmançıları müəyyənləşdirəcək. Bu qayda bütün paralimpiya idman növlərinə aid edilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Ən çox oxunanalar