Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb

Azərbaycandan Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının sonuncu hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınıb...

“Report”un yerli bürosunun məlumatına görə, Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 670 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 26 ədəd transformator və komplekt transformator məntəqəsi daxildir.

25 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir.

Qeyd edək ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan humanitar yardımın əvvəlki hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr, 8 dekabr və 2024-cü ilin yanvarın 11-də Ukraynaya göndərilib. Ümumilikdə, bu çərçivədə Ukraynaya 107 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3,3 milyon metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 72 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

Ən çox oxunanalar