Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni məktəb modeli yaranır?  

Bəzi mütəxəssislər düşünürlər ki, Azərbaycanda məktəb sistemi yenidən qurulmalı, müasir standartları özündə cəmləşdirən yeni model hazırlanıb, tətbiq edilməlidir...

Təhsil naziri Emin Əmrullayev də jurnalistlərə məktəblərin strukturuna yenidən baxmağın vacib olduğunu söyləmişdi. Bəs maraqlıdır, yeni model, yeni sistem deyiləndə nə nəzərdə tutulur? Təhsilimizdə nələrin dəyişməsi vacib sayılır? Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, hazırda Azərbaycan Respublikasında yeni təhsil modeli üzərində çalışılır və bu istiqamətdə praktiki işlər aparılır. Onun dediyinə görə, yeni təhsil modeli artıq bir neçə özəl təhsil müəssisində tətbiq olunub. Elçin Əfəndinin sözlərinə görə, dəyişikliklərdən biri də ondan ibarətdir ki, əvvəlki dövrlə müqayisədə indi şagird, müəllim və valideyn arasında daha sıx təmas olacaq. Mütəxəssis onu da qeyd etdi ki, gələcəkdə yeni məktəb modeli əsasında internat tipli xüsusi təhsil müəssisələri də yaranacaqdır. Elçin Əfəndi onu da söylədi ki, növbəti illərdə yaş limitinin 5 yaşa qədər azaldılması və 12 illik təhsilin tətbiqi də mümkündür. Təhsil eksperti Ramal Şəmşədli isə düşünür ki, yeni sistemdə 9-cu sinif üzrə attestat imtahanı ləğv edilməli, onun yerinə ixtisas seçimi imtahanı olmalıdır. Ekspert qeyd etdi ki, yeni məktəb modeli bütün müsbət tərəfləri ilə yanaşı, özü ilə bərabər kadr problemi də gətirəcək. Ekspertlər düşünürlər ki, özəl məktəblərin təcrübəsi öyrənilməli, dövlət məktəblərində də tətbiq edilməlidir. Onların fikrincə, bu modelin yaradılmasında əsas yük müəllimlərin üzərinə düşəcək. Çünki müasir təhsil sistemi müəllimdən daha çevik və bilgili olmağı tələb edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay