Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda seysmik aktivlik davam edir - 13 saatda 6 zəlzələ oldu + Cədvəl

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanda seysmik aktivlik müşahidə olunur

PİA.az AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən xəbər verir ki, öncə yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə Lerik rayonunda 3,9 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bala yaxın, ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Daha sonra Ağsuda 2, İsmayıllıda 3 dəfə yeraltı təkan olunub. Ağsuda 4,4 bal gücündəki zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Ardınca isə 3 ballıq növbəti təkan baş verib.

İsmayıllıdakı 5,3 ballıq yeraltı təkan episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Bu zəlzələ Şamaxıda dağıntılara səbəb olub. Bir neçə evdə uçqunlar olub, 6 nəfər yaralanıb. Təcili yardım stansiyasına 20-yə yaxın müraciət olub.

İsmayıllıda seysmik aktivlik fonunda daha 3 və 3,9 bal gücündə daha iki yeraltı təkan baş versə də, hiss olunmayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Türkiyədə restoranda partlayış zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirilib

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Ən çox oxunanalar