Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qızların sayı azalır - Deputat gələcək təhlükələrdən danışdı

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 127 681 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib

Yeni doğulan körpələr arasında oğlan uşaqlarının faiz nisbəti çoxluq təşkil edir. Belə ki, körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Artıq bir neçə ildir ki, yeni doğulan körpələr arasında oğlan uşaqları çoxluq təşkil edir.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev Trend-ə deyib ki, dünya təcrübəsində oğlan və qız uşaqları arasında faiz nisbəti 49-51 olmalıdır.

Deputat qeyd edib ki, Azərbaycanda faiz nisbətində belə fərqlənmə subyektiv amillərin, yəni konkret insan müdaxiləsinin göstəricisidir.

M.Quliyev bildirib ki, dünyanın bir çox ölkələrində, xüsusən də Şərq ölkələrində bu problem mövcuddur:

"Bu ölkələrdə də qız və oğlan uşaqlarının faiz nisbətində problemi aradan qaldırmaq üçün mübarizə aparılır. Təcrübə göstərir ki, mübarizənin ən uğurlu yolu və forması maarifləndirmədir. İnzibati qaydada şübhəsiz ki, tədbirlər görülməlidir, amma burada insanların tibbi və dini baxımdan maariflənməsinin böyük əhəmiyyəti var".

Millət vəkili əlavə edib ki, abortlarla mübarizə aparmaq üçün qanun layihəsi də hazırlanıb və yaz sessiyasının iş planına tövsiyə olunub:

"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində xüsusi müddəalar var. Ultrasəs müayinəsi ilə uşağın cinsiyyətinin öyrənilməsinin qadağan olunması, hamiləliyin pozulmasının bir ginekoloqun qərarı ilə deyil, konsiliumun qərarı ilə həyata keçirilməsi, eyni zamanda bu qanunun pozulmasına görə cinayət və inzibati məsuliyyət də nəzərdə tutulur. Ancaq burada insanların maarifləndirilməsi aparılmasa, problemin qarşısını almaq çətindir".

Qız və oğlan uşaqları arasında faiz nisbətinin pozulmasının mənfi təsirləri haqqında danışan M.Quliyev bildirib ki, bu cür hal gələcəkdə demoqrafik gərginliyə səbəb olur:

"Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də böyük olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var". (Trend)

pia.az


Etiket: sosial statistika

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ən çox oxunanalar