Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda minik avtomobilləri bahalaşıb - Rəsmi

Azərbaycanda ərzaq, qeyri-ərzaq məhsullarının və göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi açıqlanıb.

PİA.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,6 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,9 faiz təşkil edib. Aylıq müqayisədə ərzaq məhsullarının qiyməti 1,4 faiz azalıb, illik müqayisədə isə 4,9 faiz artıb.

İyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,3 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,9 faiz olub. Qeyri ərzaq məhsullarının qiyməti aylıq müqayisədə 0,3 faiz, illik müqayisədə isə 3,9 faiz artıb.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,1 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,5 faiz təşkil edib. Aylıq müqayisədə qiymətlər 0,1 faiz, illik müqayisədə isə 3,5 faiz artıb.

Belə ki, illik müqayisədə ərzaq məhsullarından çörək, çörək məmulatları, yarmalar, balıq, balıq məhsulları, süd, süd məhsulları, yumurta, kərə yağı, bitki yağları, meyvələr, tərəvəzlər, qənd, cem, bal, şokolad, konfetlər, çay, qəhvə, kakao, mineral sular, araq, konyak, tütün məmulatları bahalaşıb. Ət və ət məhsulları isə ucuzlaşıb.

Həmçinin, qeyri-ərzaq məhsullarından parçalar, geyim, ayaqqabı, inşaat materialları, mebel, ev əşyaları, xalça, döşəmə örtükləri, məişət cihazları, kiçik elektrik cihazları, şüşə məmulatları, yemək qabları, minik avtomobilləri, minik avtomobilləri üçün ehtiyat hissələri, velosipedlər, yanacaq məhsulları (benzin və dizel), kompüter, noutbuk, planşet, kitablar, qəzet və digər dövri nəşrlər, dəftərxana ləvazimatları, zərgərlik məmulatları, oyuncaqların qiyməti artıb. Telefon aparatlarının qiyməti azalıb, dərmanların qiyməti isə sabit qalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar