Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk aqrar sığorta mexanizmi fəaliyyətə başladı

"Aqrar sahənin davamlı inkişafını təmin etmək üçün ən vacib element aqrar siğorta mexanizmidir. Bu mexanizmi yaradılması məqsədilə aqrar siğorta sisteminin qanunvericilik bazası formalaşdırılıb, müvafiq qərarlar qəbul edilib. Yeni institusional baza olan Aqrar Sığorta Fondu yaradılıb".

PİA.az xəbər verir ki, bunu Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda ilk aqrar siğorta mexanizminin fəaliyyətə başlamasına həsr edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, Aqrar Siğorta Fondu dövlət-özəl əməkdaşlığı prinsipi əsasında formalaşıb: “Çox sevindirici haldır ki, Azərbaycanda aqrar siğorta sistemi qardaş Türkiyənin TARSİM (Kənd təsərrüfatını siğortalama sistemi) təşkilatının təcrübəsi və dəstəyi ilə formalaşıb. Dünyada ən uğurlu aqrar sığorta mexanizmlərindən biri məhz Türkiyənin sahib olduğu TARSİM modelidir”.

Nazir qeyd edib ki, aqrar sığorta vasitəsilə fermerlər kənd təsərrüfatı heyvanlarını, əkin sahələrini və bitkiçilik məhsullarını, eləcə də akvakulturanı güzəştli şərtlərlə risklərdən sığortalaya biləcəklər: “Aqrar sığorta sistemində dövlətin sahibkarlara böyük dəstəyi nəzərdə tutulur. Belə ki, sığorta haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq, qalan məbləği isə fermerlər hissə-hissə Sığorta Fonduna ödəyəcəklər. Sığorta risklərinin qiymətləndirilməsi üçün Müstəqil Siğorta Ekspert xidməti dövlət tərəfindən maliyyələşdiriləcək. Bu gün işə düşən aqrar sığorta mexanizmi dövlətin aqrar sahəyə dəstəyinin növbəti təzahürüdür. Hesab edirik ki, bu dəstək nəticəsində aqrar sahə inkişaf edəcək. Fermerlərin rifah halı yaxşılaşacaq. Aqrar sığorta mexanizmləri bu sahədə yatırımların artmasına səbəb olacaq”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar