Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ət ucuzlaşır?

Son zamanlar Azərbaycanda ət və ət məhsullarının həm ucuzlaşacağı, həm də bahalaşacağı barədə şaiələr dolaşır. Bəzi fermerlər ətlik heyvanların qidalanmasına sərf olunan məbləğin çox olması səbəbindən qiymətlərin bahalaşmasını gözləyirlər.

Ancaq bir müddət əvvəl baş nazir Əli Əsədov “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması qaydası”nda dəyişikliklər edilməsi barədə qərar imzlayıb. Dəyişikliyə əsasən, heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilb. Məhz buna görə də, ölkədə ətin qiymətinin ucuzlaşacağı barədə iddialar meydana gəlib.

Görəsən, həm bahalaşma, həm də ucuzlaşma ilə bağlı yayılan iddialar nə dərəcədə həqiqətə uyğundur?

İqtisadçı ekspert Pərviz Heydərov Lent.az-a bildirib ki, hazırki dövrdə nəinki ətin, heç bir məhsulun ucuzlaşması gözlənilmir:

“Ucuzlaşmadan heç bir söhbət gedə bilməz. Enerji daşıyıcılarının qiymətləri nə qədər ki, yüksəkdir bazarda ucuzlaşmadan danışmağa dəyməz. Bundan əlavə, iqtisadi vəziyyət dünya ölkələrində də qənaətbəxş deyil. Rusiya-Ukrayna müharibəsi səbəbindən hər bir ölkədə istehsal dalana dirənib. Rusiyaya qarşı edilən sanksiyalar da digər inkişaf etmiş ölkələrin iqtisadiyyatında mənfi tendensiyalar yaradıb. Əgər bu müharibə davam edəcəksə, dünya iqtisadiyyatında sabitliyin yaranacağını güman etmək olmaz.

Bu müharibə bitsə belə, Rusiyaya qarşı qoyulan sanksiyalara görə iqtisadiyyat birdən-birə dirçəlməyəcək. Buna görə də üzü payıza doğru məhsulların qiymətində mövcud bahalaşmanın daha da geniş vüsət alacağı və bəzi məhsulların təminatı ilə bağlı problemlər yaranacağı gözlənilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Ən çox oxunanalar