Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda əhali arasında “tutuquşu” qızdırmasına yoluxma halları artır? - Video

İnsanlar arasında “tutuquşu” qızdırmasına yoluxma halları sürətlə artır. Psittakoz bakteriyasının törətdiyi virusa görə ölüm xəbərləri Avropanı təşvişə salıb. Avstriya, Danimarka, Almaniya, İsveç və Niderlandda artıq 30 yoluxma, beş ölüm faktı təsdiqlənib...

Bəs virusun simptomları nələrdir?

İnfeksionist Mərdan Əliyev bildirib ki, quş fermalarında işləyən şəxslərdə bu xəstəliyə rast gəlinə bilir:

“Quşlardan insanlara hava yolu ilə yoluxa bilir. Simptomları koronavirusa oxşayır. Qızdırma, titrətmə, sinir-əzələ ağrıları, halsızlıq kimi simptomlar müşahidə edilir. Qorunmaq üçün quşlardan uzaq durmaq lazımdır. Şübhəli hallar olarsa, tənəffüs yollarını qoruyan maskalardan istifadə etmək olar”. 

İnfeksionist Vasif Əliyev isə qeyd edib ki, virusun yayılma riski o qədər də yüksək deyil:

 
“Çünki nəticə etibarilə bu, bakterial infeksiyadır. Azərbaycan üçün təhlükəli vəziyyətin olduğunu düşünmürəm”.

Qeyd edək ki, xəstəliyin nadir hallarda insandan insana keçdiyi bildirilir. Mütəxəssislər deyirlər ki, düzgün diaqnoz qoyulduqda virus antibiotiklərlə müalicə edilə bilər.

Ətraflı Baku TV-nin süjetində:

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar