Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda daha bir bank yarım ili zərərlə başa vurdu - Hesabat

Azərbaycanın aparıcı banklarından olan «Bank BTB» 2020-ci ilin ilk yarım il üzrə hesabatını açıqlayıb.

İlk yarım ildə bankın faiz gəlirləri 13 milyon 257 min manat (2525,2% artıb), faiz xərcləri 6 657 min manat (16,4% artıb) təşkil edib.

Nəticədə bank yarım ili 6,6 milyon manat faiz gəliri ilə başa vurub.

İlk 6 ayda «Bank BTB»nin qeyri-faiz gəlirləri 20,5%-dən çox azalaraq, 2 295 min manat təşkil edib.

Əvəzində bankın qeyri-faiz xərcləri 14,2% artaraq 7 983 min manat təşkil edib.

Beləliklə əməliyyat mənfəəti 912 min manat olub.

Amma ilk yarım ilin nəticəsi olaraq bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 12 manat ayırıb.

Nəticədə «Bank BTB» ilk yarım ili 107 min manat xalis zərərlə başa vurub.

İlk yarım ildə Bank BTB-nin aktivləri 18,8% artaraq 360 milyon manata çatıb.

Aktivlərin artımının yarısı kredit portfelinin hesabınadır – ilk yarım ildə kreditlər 30 milyon manat və ya 16,8% artaraq 209 milyon manatı keçib.

Bundan başqa, Bank BTB digər banklara ayırdığı kreditləri 6 milyon manat artıraraq 25 milyon manata çatdırıb.

Digər tərəfdən, bankın digər banklardakı depozitləri 3,5 dəfə artaraq 30,9 milyon manatı keçib.

İlk yarım ildə Bank BTB-nin öhdəlikləri 20%-ə yaxın artaraq 296 milyon manatı keçib.

Bu dövrdə bankdakı depozitlər ümumilikdə 17,8 milyon manat artaraq 134,4 milyona yüksəlib. Bununla yanaşı, Bank BTB-nin başqa banklardan götürdüyü kreditlər də 14 milyon manata yaxın artaraq 126,3 milyon manata çatıb.

Bankın cəmi kapitalında isə 7,5 milyon manatlıq artım olub və bank 64 milyon manatlıq kapitalla «təhlükəli zona»dan bir qədər uzaqlaşıb.(fed.az)

pia.az


Etiket: «Bank BTB»


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar