Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu enerji içkilərinin satışı qadağan olunacaq

Azərbaycanda enerji içkiləri ilə bağlı tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub

Bunu jurnalistlərə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, enerji içkilərinin Azərbaycanda tənzimlənməsi beynəlxalq standartlara əsasən həyata keçirilir.

"Qida Təhlükəsizliyi İnstitutunun nəzdində elmi texniki Şura fəaliyyətə başlayıb. Şuranın alimlərinin, yerli və beynəlxalq ekspertlərinin birgə rəyinə əsasən enerji içkilərinə dair tənzimləmə mexanizmi işlənib hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub”.

Sədr qeyd edib ki, hazırlanmış sənədə əsasən burada stimullaşdırıcı maddələrin adı qeyd edilib: "Həmin stimullaşdırıcı maddələrdən iki və daha artığı əksini tapmış içkilər Azərbaycanda enerji içkisi hesab olunacaq. Eyni zamanda, sadəcə kofeinin miqdarı ilə tənzimlənən enerji içkiləri mövcuddur. Həmçinin tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil.

Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ən çox oxunanalar