Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bayram namazının qılınma qaydası müəyyənləşdi – Video

Bu haqda ilahiyyatçı Hacı Şahin açıqlama verib...

Bir müddətdən sonra ölkəmizdə ramazan bayramı qeyd ediləcək. Məlumdur ki, hər il bayram günü məscidlərdə yüzlərlə insan toplaşaraq bayram namazı qılır. Xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin keçirilməsi ləğv edildiyindən, bu il ramazanda bayram namazının necə qılınacağı sualı açıq qalır. Məsələyə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi aydınlıq gətirib.

PİA.az xəbər verir ki, bayram namazı bu il kütləvi şəkildə qılınmıyacaq. Bunu Qafqaz Müsəlmanlari İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

Hacı Şahin bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar Ramazan bayramı namazı üçün insanların bir araya gəlməsi və kütləvi toplaşmaq indiki halda yolverilməzdir.

Onun sözlərinə görə, bayram namazları fərdi qaydada evlərdə qılınacaq. Qədr gecələrinin bütün ayinləri də onlayn icra olunur, amma namaz onlayn qılına bilməz. Çünki namaz fərdi qaydada yerinə yetirilməlidir. Amma həmin gün şəriət məsələlərini, bayramın fəlsəfəsini insanlara çatdırmaq üçün onlayn çıxış ola bilər.

Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, Ramazan bayramı Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Ən çox oxunanalar