Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 200-ə yaxın sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar iyulun 6-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi rüblük hesabatın vaxtında təqdim edilməməsinə görə dayandırılıb.

“Sığorta fəaliyyəti haqqında” qanuna görə sığorta vasitəçiləri rüb başa çatdıqdan sonra 20 gün müddətində AMB-yə onun müəyyən etdiyi formada hesabat təqdim etməlidirlər. Lisenziyasının qüvvəsi dayandırılmış vasitəçilər bu ilin I rübü üzrə hesabatı quruma təqdim etməyib. Qanuna əsasdən, bu halda sığorta vasitəçisinin lisenziyasının qüvvəsi 6 aya qədər müddətə dayandırıla bilər. Həmin sığorta vasitəçilərinin hər birinə barələrində inzibati icraatın başlanılması ilə bağlı bildirişlər göndərilib, həmin şəxslər AMB-yə görüşə dəvət edilib. Görüş iştirakçılarına lazımi tədbirlərin görüləcəyi barədə məlumat verilib. Onlar 3 ay ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırsa, lisenziyanın qüvvəsi bərpa ediləcək.

Poliqon.info 


Etiket: Sığorta


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Ən çox oxunanalar