Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş başlayıb
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan öz Facebook səhifəsində yazıb.
Qeyd olunur ki, Qarabağ münaqişəsinin həllinə həsr olunmuş görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-da aparılacaq danışıqlar ərəfəsində keçirilir.
O da bildirilir ki, XİN rəhbərlərinin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər.(virtualaz.org)
pia.az