Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan universitetlərində qəribə qadağalar

Son zamanlar universitetlər verdikləri təhsildən çox, qəribə qadağaları ilə gündəmə gəlir

Biz də ali təhsil müəssisələri tərəfindən tələbələrə qoyulan qadağaları onlardan öyrəndik.

PİA.AZ Oxu.Az-a istinadən həmin qadağaları təqdim edir:

Bakı Slavyan Universitetində tələbələrə yırtıq şalvar geyinmək qadağası var. Gəncə Dövlət Universitetində və Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal saxlamaq qadağandır. Tələbələr saqqalla universitetə gələ bilməzlər.

GDU-də tələbələrdən biri saqqalla imtahana gəldiyi üçün imtahanda iştirak etməsinə icazə verilməyib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) saqqal qadağası olmasa da, idman şalvarı, şort və “vetnamka” geyinmək olmaz.

Bakıda universitetdə qızlara qəribə qadağa - YENİLƏNİB
Bakı Biznes Universitetində oğlanların saqqal saxlamasına, təhsil ocağında siqaret çəkməsinə və yırtıq şalvar geyinməsinə qadağa var.

Bakı Dövlət Universitetində siqaret çəkmək qadağandır. Tələbələr deyir ki¸ buna nə müəllimlər, nə də tələbələr əməl edir. BDU-da rektorun otağı olan koridordan tələbələr keçə bilməz.

“Odlar Yurdu” Universitetində tələbələr hündürdaban ayaqqabı geyinməməlidir. Səbəb odur ki, onlar bu ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər dərs prosesini pozur.

Azərbaycan Diplomatik Akademiyasında (ADA) siqaret çəkmək üçün ayrıca guşə var. Tələbələr “Siqaret otağı”ndan kənarda siqaret çəkə bilməzlər. Qaydalara əməl etmədikdə onlar cəzalandırılır.

Oxu: Azərbaycanda universitetdə tələbələrə saqqal qadağası
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin şortla dərsə gəlmək qadağası olsa da, artıq bu qadağa ləğv edilib. Universitet daxilində siqaret çəkilməsinə icazə verilmir.

Azərbaycan Milli Konservatoriyasında tələbələrə liftdən istifadə qadağandır.

İlahiyyat Universitetində yırtıq şalvar və qısa ətək geyinmə qadağası var.

Azərbaycan Memarlıq və İnşaat Universitetində liftlərdən birinin üzərinə “qızlar üçün” yazılmış lövhə var. Həmin liftə oğlanlar daxil ola bilməz. İki qızın on oğlanla bərabər əzilib, sıxılıb getməməsi üçün bir lift ayrılıb. Qızlar ümumi liftdən də istifadə edə bilərlər.

Paytaxtda fəaliyyət göstərən universitetlərin bəzilərinin mətbuat xidmətlərinin də fikirlərini öyrəndik.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli deyir ki, ADU-da, sadəcə, bir qadağa var:

“Universitetin həyətində siqaret çəkmək olmaz. Bu, həm müəllimlərə, həm də tələbələrə aiddir. Başqa qadağa yoxdur”.

Qərbi Kaspi Universitetinin nümayəndəsi Vüsal Məmmədov deyir ki, orada ciddi nizam-intizamla yanaşı, olduqca demokratik mühit var:

“Əgər nəsə təhsil qanunvericiliyinə və milli dəyərlərimizə zidd deyilsə, qadağan deyil. Bir də, təbii ki, oxumamaq qadağandır”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cavid Xəlilov bildirib ki, UNEC-də tələbələrə heç bir qadağa yoxdur:

“Bizdə geyim, xarici görünüş baxımından tələbələr qarşısında heç bir qadağa qoyulmur. Əsas məqsəd Azərbaycan üçün dəyərli vətəndaş yetişdirməkdir”.

pia.az


Etiket: Təhsil qadağa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Ən çox oxunanalar