Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Toxumçular Assosiasiyası fermerlerə müraciət ünvanlayıb

"Respublika üzrə payızlıq arpa və taxıl sahələrində biçin yekunlaşıb. Bu gün əksər fermerlər taxıl biçinini başa vurduqdan sonra yerdə qalan kövşənliyi, yığılmamış samanı yandırmaqla torpağın münbitliyinin artacağını, alaqlara və zərərvericilərə qarşı mübarizənin səmərəli olduğunu güman edirlər. Halbuki, kökündən yanılırlar".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib.

O deyib ki, ötən illərdə müşahidə olunan taxıl sahələrinin yandırılması hallarına qarşı Assosiasiya tərəfindən maarifləndirici tədbirlər görülsə də bir çox torpaq mülkiyyətçisi və fermer sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdirlər: "Bir çox kənd təsərrüfatı məhsul istehsalçıları əlavə xərclərin və vaxt itkisinin qarşısını almaq düşüncəsi ilə köhnə qayda ilə sahələrə od vururlar. Yanğın nəinki əkinə yararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır".

M.Əliyevanın sözlərinə görə, sahələrdə baş verən yanğın ətraf mühitə zərər verməklə torpağın məhsuldarlığını aşağı salır, torpağın həyat qabiliyyəti zəifləyir, illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur:

"Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə, torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Bu səbəbdən taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Azərbaycan Toxumçular Assosiasiyası fermerlərə müraciət edərək bildirir ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımıııdan zərərlidir və yuxarıda qeyd edildiyi kimi, torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasma gətirib çıxarır. Sahənin yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar