Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqında qərar

Nazirlər Kabinetinin 115 nömrəli Qərarı xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqındadır...

Qanuna əsasən, xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi bayramlarda və təntənəli mərasimlərdə, eləcə də tarixi hadisələrə, görkəmli xadimlərə və milli qəhrəmanlara həsr olunmuş tədbirlərdə Azərbaycan Respublikasının dövlət himni ifa edilir.

Xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi tədbirlərdə:

- Dövlət Himni qəbul edən xarici dövlətin Himninin ifasından sonra ifa edilir;

- Himnin musiqisinin hansı üsulla ifa olunmasından asılı olmayaraq, Himn tam və yalnız Azərbaycan dilində ifa edilir. Himnin ifası zamanı Himnin sözləri və musiqisi təhrif oluna bilməz;

- Himn ifa olunan zaman səsin təzyiqi qəbul edən xarici dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na əsasən tənzimlənir;

Himn ifa olunan zaman Azərbaycan Respublikasının vətəndaşları Himni ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya Himni oxumalıdırlar; həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də ayaq üstə, farağat vəziyyətdə Himni sona qədər dinləməlidirlər. Bu qayda yalnız sağlamlıq imkanı məhdud olan şəxslərə şamil olunmur.

pia.az


Etiket: Dövlət Himni


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar