Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusunun Baş Qərargah rəisi bir neçə döyüş mövqeyində olub

General-polkovnik K.Vəliyev Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində idarə heyəti ilə xidməti müşavirə keçirib, əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib...

26 İyun - Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Quru Qoşunları komandanlığında və Qarabağ iqtisadi rayonunda yerləşən hərbi hissələrdə olublar.

Bu barədə Poliqona Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə general-polkovnik K.Vəliyev Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində idarə heyəti ilə xidməti müşavirə keçirib, əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib.

Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib.

General-polkovnik K.Vəliyev şəxsi heyəti bayramlar münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Kəlbəcər, LaçınAğdamda yerləşən hərbi hissələrdə və bir neçə döyüş mövqeyində olan Baş Qərargah rəisi hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb və bayramlar münasibətilə müdafiə nazirinin təbriklərini çatdırıb. Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması, həmçinin istənilən təxribatın qarşısının qətiyyətlə alınması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda qurbanlar kəsilib, şəxsi heyətlə birlikdə nahar edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

İşdən çıxarılan icra başçısının mülkləri…

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

Bunu Bakının tələbi ilə etməyəcəyik - Erməni nazir

Ən çox oxunanalar