Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan narkomanların müalicəsini məcburiləşdirir


Azərbaycanda bəzi narkomanların müalicəsi məcburiləşdirilir


Milli Məclisdən "Trend"-ə verilən məlumata görə, bu məsələ Milli Məclisin aprelin 28-də keçiriləcək sessiyasının gündəliyinə salınan "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Yeni layihəyə görə, cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər vurmuş, uşaqların tərbiyəsinə mənfi təsir etmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycanın qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər həyata keçiriləcək.

İndiyədək isə bu, könüllülük prinsipi ilə həyata keçirilirdi.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Xatırladaq ki, Azərbaycanda 28 656 nəfər narkotik istifadəçisi kimi rəsmi qeydiyyata götürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar