Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan məscidlərində bayram namazı qılınıb

Bu gün Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınıb

Bu gün Qurban bayramı münasibətilə saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən saat 09:00-da Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb.

Təzəpir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Təzəpir məscidində qılınan bayram namazında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, avqustun 22-23-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqust ayının 22 və 23-ü qeyri-iş günüdür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verdi

Ən çox oxunanalar