Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan koronavirusa görə həkimlər üçün qoruyucu vasitələr alacaq

“Azərbaycanda koronavirus şübhəsi təsdiqlənən xəstələrin karantinə alındığı sərhəd ərazilərdəki xüsusi ayrılmış tibb müəssisələrinin, eləcə də analizləri yoxlayan laboratoriyaların işçiləri üçün fərdi qoruyucu vasitələr (PPE) alınacaq”...

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan, ÜST-nin laboratoriya müayinəsi dəstlərini alan 17 ölkədən biridir: “İlkin mərhələdə test dəstləri ölkəyə fevral ayında çatdırılıb. İkinci mərhələdəki dəstlər isə hazırda göndərilir”.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 818-ə çatıb. Bunların 70 395 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar