Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Ermənistanın göz yaşlarına inanmamlıdır” - Hafiz Hacıyev

Ukraynada müharibə aparan Rusiyanın Qarabağa diqqəti azalıb və diaspor erməniləri bu məsələni Putinin yadına salmağa çalışırlar...

Müasir Müsavat Partiyasının sədri: “Ermənistanın xarici diasporları aktiv fəaliyyətə başlayıb. Onlar indi Qarabağda yaşayan ermənilərin problemlərinə görə Rusiyaya müraciə edərək yalvarırlar”.

“Ukrayna müharibəsinə görə Rusiyanın başı ancaq öz problemlərinə qatışıb. Çətin ki, Rusiya erməni diasporunun müraciətinə cavab versin”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev erməni diasporunun Qarabağda yaranmış qaz, su, işıq probleminə görə Rusiyaya müraciət etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ermənilər Qarabağda yaranmış qaz, elektrik və su probleminə görə Azərbaycanı ittiham edir və həlli üçün Rusiya rəhbərliyindən kömək istəyirlər. Buna görə də Rusiyada erməni diasporu (erməni-rus təşkilatlarının koordinasiya şurası) bu ölkənin rəhbərliyinə və Müdafiə Nazirliyinə yazılı müraciət edib. 

Görünən odur ki, separatçı rejim Qarabağda erməni əhaliyə nəzarət edə bilmir. Vəziyyətin bu cür davam etməsi erməni əhalisinin separatçı-terrorçu rejimə qarşı etirazını daha da körükləyir. Qəza nəticəsində baş vermiş problemlərə görə dünənə qədər Azərbaycanı ittihan edən ermənilər və erməni mediası bu gündən etibarən paralel olaraq separatçı rejimin “rəhbərliyini” də tənqid edirlər.

Mövcud vəziyyətlə bağlı Qarabağdakı seperatçı rejimin taleyi necə olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Ermənistana da heç bir humanitar yardımdan və köməkdən söhbət gedə bilməz. Artıq Ermənistan qırmızı xətti keçmək üzrədir”.

Erməni diasporlarının haraya müraciət etməklərinə əhəmiyyət verməyin lazım olmadığını düşünən partiya sədri bildirib ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə vaxt verib. Əgər bu vaxta qədər onlar bizim konstitusiyamıza, qanunlarımıza riayət etməsələr onları Xankəndindən də çıxarmaq lazımdır:

“Ermənilər həmişə şər-böhtanla məşğul olublar. Onlar tarix boyu Azərbaycana şər-böhtan atıblar. Ermənilər bizim torpaqlarda yaşamaqlarına baxmayaraq konstitusiyamıza əməl etmirlər. Onlar hətta bizim qanunlarımızı da tanımaq istəmirlər. Buna görə də onlara nə işıq, nə su, nə də qaz vermək olmaz. Ümumiyyətlə ermənilərə Allahın havasını vermək lazım deyil.

Ermənistanın xarici diasporları aktiv fəaliyyətə başlayıb. Onlar indi Qarabağda yaşayan ermənilərin problemlərinə görə Rusiyaya müraciə edərək yalvarırlar. İndi də Ukrayna müharibəsinə görə Rusiyanın başı ancaq öz problemlərinə qatışıb. Çətin ki, Rusiya erməni diasporunun müraciətinə cavab versin. Buna görə də gözləniləndir ki, erməni diasporu Avropa da müraciət etsin.

Amma erməni diasporlarının haraya müraciət etməklərinə əhəmiyyət vermək lazım deyil. Çünki Azərbaycan Qarabağda yaşayan ermənilərə vaxt verib. Əgər bu vaxta qədər onlar bizim konstitusiyamıza, qanunlarımıza riayət etməsələr onları Xankəndindən də çıxarmaq lazımdır. Bir erməni də Xankəndində qalmamlıdır.

Hafiz Hacıyev: “Bundan sonra ermənilərə çox aqressiv münasibət bəsləmək lazımdır”.

Mən düşünürəm ki, Azərbaycan Ermənistanın göz yaşlarına inanmamlıdır. Ona görə də onlara qaz, su, işıq da verilməməlidir. Artıq müharibə bitib və müqavilələr imzalanıb. Rusiyanın da “sülhməramlı” qüvvələri Qarabağdadır. Buna baxmayaraq ermənilər yenə səngərlər qazır və hərbiçilərimizə hücum edirlər. Bütün bunların müqabilində də əlbəttə ki, Ermənistana gedən bütün kommunikasiya xətləri kəsilməlidir.

Azərbaycan öz torpağında özünü qorumalıdır. Necə istəyirik o cür də hərəkət etməliyik. Ermənistana da heç bir humanitar yardımdan və köməkdən söhbət gedə bilməz. Artıq Ermənistan qırmızı xətti keçmək üzrədir. Azərbaycan ermənilərə yaşamaqları üçün imkan yaratdı. Amma onlar yenə bunu başa düşmədilər. Heç ermənilər Azərbaycanın yaxşılığını başa da düşməyəcək. Buna görə də bundan sonra ermənilərə çox aqressiv münasibət bəsləmək lazımdır. Azərbaycanıların da doğma Xankəndinə qaytarılması üçün şərait yaradılmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar