Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan cüdosu çox yüksək səviyyədə olacaq”


Ruslan Maşurenko: “Dünya çempionatının Bakıda keçirilməsi üzərimizə əlavə məsuliyyət qoyur”


Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ruslan Maşurenkonun "Report"a müsahibəsi

- Milli komandaya təyinatınız necə baş verdi?

- Azərbaycan Cüdo Federasiyası məhz əcnəbi baş məşqçi təyinatı məsələsini nəzərdən keçirirdi. Qurumun rəhbərliyi xarici mütəxəssisin gətirilməsində israrlı idi. Mən də bunu bilirdim. Ona görə də öz namizədliyimi təklif etdim. İl ərzində dəfələrlə görüşdük. Bura bir neçə dəfə səfər etdim, turnirləri izlədim, federasiya rəhbərliyi ilə görüşlər keçirdim. Prinsipcə, bu, sadə məsələ deyildi. Düşünmürəm ki, baş məşqçi postuna yalnız mən namizəd idim. Lakin federasiya rəhbərliyi seçimi məhz mənim üzərimdə etdi.

- Azərbaycan millisinin perspektivi barədə hansı düşüncədəsiniz?

- Hazırda Azərbaycan cüdosu çox yüksək, deyərdim ki, dünya səviyyəsindədir. Milli komanda planetin ən güclülərindəndir. Bunu göstərilən nəticələr də təsdiqləyir. Bütün bunlar federasiya prezidenti Rövnəq Abdullayev, vitse-prezident Sadıq Sadıqov və ümumilikdə ölkə rəhbərliyinin göstərdiyi diqqət sayəsində mümkün olub. Azərbaycan cüdosu maddi-texniki təminat sarıdan dünyada ən yaxşılardandır. Mövcud heyət və Azərbaycan çempionatı vasitəsilə edilən seçim yüksək səviyyədədir. Çempionatda çoxlu cüdoçu iştirak edir. Məsələn, 60 kq və 66 kq çəki dərəcələrində hərəyə 80 cüdoçu var. Yəni, böyük rəqabət şəraitində mübarizə aparan çoxlu cüdoçunun çıxışlarını izləmək mümkündür. Bu gün seçim, işləmək imkanı mövcuddur. Gələcəkdə də Azərbaycan cüdosu çox yüksək səviyyədə olacaq.

- Azərbaycan yığmasında yeni adlar olacaq?

- Bunu hazırda davam edən Azərbaycan çempionatı göstərəcək. Sözsüz ki, hər bir mövsüm yeni adlar ortaya çıxarır, yeni perspektivlər açır. 2018-ci il yeni başlayır. Seçim olacaq. Gələn il dünya çempionatı Bakıda keçiriləcək. Bu, yığmanın hazırlıq prosesi zamanı üzərimizə əlavə məsuliyyət qoyur. Ona görə də rəqabətədavamlı komanda qurmağa çalışacağıq. Konkret şəxslərə yox, bu mövsüm özlərini yaxşı tərəfdən göstərəcək layiqli uşaqlara bel bağlayacağıq.

- Ukraynalı və ya digər cüdoçuları milliləşdirmək variantını nəzərdən keçirirsiniz?

- Azərbaycan yığması kifayət qədər komplektləşdirilib, kifayət qədər səviyyəli cüdoçulara malikdir. Yığmada gördüyümüz uşaqları ən yüksək səviyyəli idmançılara çevirmək olar. Eyni zamanda, gəncləri də irəli çəkmək mümkündür. Buna əlavə hazırlıqlar keçməklə nail ola bilərik.

- Daha çox 73 kq çəki dərəcəsində Rüstəm Orucovla Hidayət Heydərov, 100 kq çəkidə isə Elxan Məmmədovla Elmar Qasımov arasında rəqabət gedir. Sizcə, bu, müsbət amildir, yoxsa rəqabətdə olan cüdoçulardan biri çəkisini dəyişməlidir?

- 100 kq çəkidə nəinki Elxanla Elmarı, hətta Zelim Kotsoyevi də qeyd edərdim. Belə rəqabətin olması çox gözəl haldır və uşaqlara özlərini göstərmək imkanı yaradır. Federasiya və məşqçilər isə ən yaxşısını seçmək şansı qazanırlar. Rəqabət olan yerdə yaxşı nəticələr də olar. 

- Azərbaycan yığmasının ilk hazırlıq prosesi nə zaman olacaq?

- Məşqlərə yanvarın 3-də Bakıda başlayacağıq. Sonra təqvimə uyğun olaraq, yarışlarda və xarici ölkələrdə təlim-məşq toplanışlarında iştirak edəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar