Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan bu il Rusiyaya 540 min ton meyvə-tərəvəz ixrac edib

Bu il Azərbaycan Rusiya bazarına meyvə-tərəvəz ixracını 3% artıraraq 540 min tona çatdırıb.

“APA-Economics” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor”) yaydığı məlumata istinadən xəbər verir ki, məhsul istehsalı üçün daha sərt təhlükəsizlik tələblərinin tətbiqi fonunda cari ildə daşınmalarda artım dinamikası müşahidə olunub.

Azərbaycan MDB ölkələri arasında Rusiya Federasiyasına ən böyük pomidor və alma tədarükçülərindən biridir. Bu il Azərbaycandan Rusiyaya 130 min ton pomidor və 60 min tondan çox alma idxal edilib. 2020-ci ilin dekabrında Rusiya tərəfi bu məhsulların idxalını məhdudlaşdırsa da, bir neçə mərhələdə aparılan video yoxlamaların nəticələrinə görə, 212 pomidor istehsalçısına və 76 alma tədarükçüsünə yenidən idxal etmək hüququ verilib.

2021-ci ildə Azərbaycan Rusiyanın kənd təsərrüfatı bazarında bir sıra sahədə mövqeyini möhkəmləndirib. Məsələn, nektarin (təqribən 13 min ton) və şaftalı (9,5 min ton) ixracı 3 dəfə artıb. Oxşar dinamika armud (5,3 min ton) və ərik (2 min ton) tədarükündə də müşahidə olunub. Üzüm idxalı 44% (9,4 min ton), xurma – 30%-dən çox (136 min ton), nar ixracı 24% (təxminən 15 min ton), kartof ixracı isə 23% (85 min ton) artıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Ən çox oxunanalar