Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir

Azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edilir...

Bunu "Report"a Türkiyənin İzmir şəhəri bələdiyyəsinin sədrinin köməkçisi, xəritə mühəndisi Cəmil Fərah Zəngilanda keçirilən "II Azərbaycan Milli Şəhərsalma Forumu" çərçivəsində deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərin yenidən bərpası, buraya qaynar həyatın yenidən qayıtması möhtəşəmdir.

"Uzun illər Qarabağın Azərbaycana məxsus olduğunu eşitdik. Nəhayət ki, Qarabağ əsl sahiblərinə qayıdıb. Buna görə fəxr edirik ", - o vurğulayıb.

C.Fərah qeyd edib ki, "II Azərbaycan Milli Şəhərsalma Forumu"nun təşkil edilməsinin təsiri böyükdür: "Bu cür forum vasitəsilə Azərbaycan dünyaya bir daha haqlı mübarizəsinin ismarışını verir".

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən Azərbaycanda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir.

“Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu keçirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən çox oxunanalar