Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Həsrət rusdillilərdən üzr istədi - Video

"Facebook"da rusdilli uşaqların içkiyə meyilli olduğunu və əyləncə məkanlarına da məhz onların daha çox getdiyini yazmaqla rusdilli ictimaiyyəti qəzəbləndirən jurnalist Azər Həsrət üzr istəyib

A.Həsrətin bu yanaşmasına ciddi etiraz edən 1News.az saytının baş redaktoru Rəhman Hacı onu İTV-nin “Diqqət mərkəzi”ndə proqramında debata çağırıb.

Debat zamanı R.Hacı opponentindən rusdillələrdən üzr istəməyi tələb edib.

Azər Həsrət statusunda rusdilliləri pozğun adlandırmaq niyyətinin olmadığını, lakin statusunu belə qəbul edən hər kəsdən, eləcə də Rəhman Hacıdan üzr istəyib.

O, fikirlərinin ətraflı ifadə etmədiyi səbəbindən düzgün anlaşılmadığını bildirib:

"Mən statusumu redaktə etmək istədim, lakin bir anda kopyalanıb paylaşıldı. Bundan sonra redaktə etmək mənasız idi. Bir daha təkrar edirəm, mən rusdillilərə pozğun deməmişəm və heç vaxt bunu etmərəm".

Azər Həsrətin qalmaqala səbəb olan statusunu təqdim edirik: “Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meyilli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun”.

pia.az

 

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ən çox oxunanalar