Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azay Quliyev ATƏT PA-da Laçın sərhəd-buraxılışı məntəqəsinin zəruriliyi haqqında məlumat verib

Bu gün ATƏT PA-nın Kopenhagendə keçirilən Büro iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya Komitəsinin sədri Azay Quliyev Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin təsis edilməsi, belə bir qərarın qəbul olunmasının səbəbləri və nəticələri barədə ATƏT PA-nın bürö üzvlərini məlumatlandırıb.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev bildirib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhəddində, laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması zəruridir: “
Ermənistan son 3 ilə yaxındır 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın bəndlərini kobud şəkildə pozaraq Laçın yolundan sistemli şəkildə sui-istifadə etmişdir:
1) Ermənistan Azərbaycanın ərazisində hələ də qanunsuz olaraq saxladığı silahlı birləşmələrin rotasoyasını həyata keçirib
2) Ermənistan Laçın yolu vasitəsilə qanunsuz silah və sursat daşıyıb
3) Ermənistan terrorçuların və sabotaj qrupu üzvlərini Qarabağa gətirib
4) Ermənistan Azərbaycanın təbii ehtiyatlarının və mədəni sərvətlərinin talanması və xaricə satılması məqsədilə istifadə edib.

5) Laçın yolu Ermənistan tərəfindən minaların və partlayıcı maddələrin Azərbaycana gətirilməsi və azərbaycanlıların öldürülməsi üçün istifadə edilib. Təkcə 2022-ci ilin avqust ayından bəri Azərbaycan ərazisində Ermənistanın istehsal etdiyi 2700 piyadalar əleyhinə mina basdırılıb. Son iki ildə 294 azərbaycanlı mina partlayışının qurbanı olub”.
Azay Quliyev büro üzvlərinin diqqətini çatdırıb ki, sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasının çox böyük faydası olacaq və bununla, mövcud problemlərin hamısı həll olunacaq.
İlk olaraq:

1) Laçın yolunda hərəkətin şəffaflığı təmin olunacaq.

2) Azərbaycan bütün ərazisində milli təhlükəsizliyini , suverenliyini və qanun aliliyini təmin edəcək.

3) Azərbaycan Üçtərəfli Bəyanata uyğun olaraq Laçın yolu üzərindən hər iki tərəfə vətəndaşların və nəqliyyatın təhlükəsizliyinə zəmanət verəcək.

4) Beynəlxaq hüquqa uyğun olaraq ərazisinə qanunsuz giriş və çıxışların, xüsusilə, yuxarıda qeyd olunan sui-istifadələrin qarşısı alınacaq.
Azay Quliyev əminliklə bildirib ki, Ermənistan-Azərbaycan sərhəddində, laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması hazırda mövcud olan problemləri kökündən həll edəcək.
ATƏT PA qeyd olunan müsbət dinamikanı nəzərə almalı və Azərbaycan Ermənistan arasında sülh sazişinin imzalanmasına töhvə verməlidir”.

Qeyd edək ki, bu gün Büro ATƏT PA-nın fəaliyyətini, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitələrinin hesabatları və qətnamə layihələrini müzakirə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Daxildə istirahət xaricdən niyə bahadır? - Video

Ən çox oxunanalar