Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azay Möhnətovun “EuroHome” ticarət mərkəzi ikinci dəfə necə yandı...

Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında dünən gecə saatlarında baş verən yanğınla bağlı məlumat yayıb...

Nazirliyin yaydığı məlumatda deyilir ki, yanğın barədə “112” qaynar xəttinə məlumat mayın 11-də axşam saat 22.51-də daxil olub. Zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının mürəkkəbliyinə, ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid mal-materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının daha geniş əraziyə yayılması və daha böyük fəsadların qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb söndürülməsi təmin edilib.

Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib.

Qeyd edək ki, yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.

Yanğının başvermə səbəbi araşdırılır.

“EuroHome” tikinti materialları bazarı son beş ayda ikinci dəfədir ki, yanır və xəbər verildiyi kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerində jurnalistlər açıqlamasında ticarət mərkəzinin sahibinin birinci yanğından sonra da yanın təhlükəsizliyi tədbirlərinə əməl etmədiyini deyib.

"Bir müddət əvvəl burada yanğın baş vermişdi. Həmin yanğından sonra obyektin rəhbərliyinə Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən plan üzrə təhlükəsizlik tədbirləri görülməsilə bağlı xəbərdarlıq edilmişdi. Lakin bu yanğın hadisəsi göstərir ki, yenə də tədbirlər tam görülməyib. Təmir-quraşdırılma işləri bitmədən, obyekt tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən burada sahibkarların fəaliyyətinə şərait yaradılıb",-nazir bildirib.
“EuroHome” tikinti materialları satışı mərkəzinin sahibi iş adamı Azay Möhnətovdur. O, həmçinin, “AF Holdinq” Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir. Azay Möhnətovun aktivində kifayət qədər çox sayda tanınmış obyekt, o cümlədən məşhur “AF Mall” və “AF Hotel & Aqua Park” var.
Möhnətov uzun illərdir Bakıda tikinti biznesi ilə məşğul olur. Onun “Uğur-97” şirkəti Bakının mərkəzində çoxsaylı “lüks” sinif yaşayış binaları inşa edib. Belə ki, R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 bina, Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli bina bu şirkət tərəfindən tikilib.

“EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib.

Xəbər verilir ki, ticarət mərkəzi yansa da Möhnətovu hadisə yerində görən olmayıb. Birinci yanğından sonra bazarda malları yanan və külli miqdarda ziyana düşən ticarətçilər etirazlar təşkil edərək onlara kompensasiya verilməsini tələb edirdilər. Möhnətov isə demişdi ki, mağazaların əksəriyyəti sığortalıdır və ticarətçilər sığorta haqlarını alacaqlar.(Virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar