Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimov olimpiyanın qurbanı ola bilər


Gənclər və idman naziri Azad Rəhimov tutduğu vəzifədən azad edilə bilər. Hakimiyyətdaxili mənbələrdən sızan məlumata görə, artıq Azad Rəhimovun “vurulması” iqtidar dəhlizlərində müzakirə mövzusudur. Məlumatda deyilir ki, Azad Rəhimovun yola salınmasının əsas səbəblərindən biri adının “nurçu qalmaqalı”nda hallanmasıdır.


Doğrudur, Azad Rəhimov nurçu olması barədə iddiaları təkzib edib. Hətta nurçuluğun nə olduğunu bilmədiyini söyləyib. Amma oxşar bəyanatı Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovla, dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Elşad Isgəndərov vermişdi. Onlar da nurçu olmadıqlarını, deyilənlərin birmənalı şəkildə iftira olduğunu bildirmişdilər. Buna baxmayaraq hər ikisi vəzifələrindən azad edildi. Digər tərəfdən Azad Rəhimov hazırda hakimiyyətdəki oliqarxların da hədəfindədir. 2015-ci ildə Azərbaycan Avropa Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək. Bu isə Azad Rəhimovun nəzarət elədiyi sahəyə milyonlarla manat vəsait investisiya qoyulacağı deməkdir. Oliqraxların məqsədi həmin pullara nəzarət etməkdir. Bu məqsədlə də Azad Rəhimovun “vurulması” üçün səylər göstərirlər. 

Hesablama Palatasının Gənclər və Idman Nazirliyində apardığı yoxlamaların ictimailəşməsi də bu kampaniyanın tərkib hissəsi hesab edilir. Məlumatda deyilir ki, Azad Rəhimov bunu bildiyindən məsələyə sərt reaksiya vermişdi. O da vurğulanır ki, gənclər və idman naziri barədə mətbuatda başqa kompramat tipli materialların yayımlanacağı gözlənilir. (Azadliq.info)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Ən çox oxunanalar