Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı ödəniləcək

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası təsdiq edilib.

Poliqon.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü ilin 1 yanvar tarixindən 10 il müddətində istehlak olunan kommunal xidmətlərə (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə xidmətlərinin ölkədaxili tariflərinə uyğun olaraq ödənilən vəsaitin 20 faizi həcmində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.

Qərarın qəbul ilə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün əlverişli şərait yaradılacaq, həmin ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsinə təkan veriləcək.

Qayda işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə dövlət büdcəsindən maliyyə yardımının (bundan sonra – maliyyə yardımı) ödənilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir. Maliyyə yardımı riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə kommunal xidmətlərdən istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində ödənilir. Maliyyə yardımının ödənilməsi üçün sahibkar hər ay bitdikdən sonra növbəti ayın 5-dək bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun formada müvafiq məlumatları, habelə kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən sənədi (sənədləri) elektron qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra ‒ Dövlət Vergi Xidməti) bunun üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış elektron kabinet vasitəsilə təqdim edir. Dövlət Vergi Xidməti təqdim edilmiş sənədlərdə və məlumatlarda (bundan sonra – məlumatlar) imtinaya səbəb olmayan çatışmazlıq müəyyən etdikdə, həmin çatışmazlıq qeyd edilməklə, onun 5 (beş) iş günündən gec olmayaraq aradan qaldırılması üçün sahibkarlara məlumatların təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində elektron qaydada bildiriş göndərir. Çatışmazlıq 5 (beş) iş günündən gec olmayaraq bu aradan qaldırılmadıqda, Dövlət Vergi Xidməti tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal sahibkarın yenidən müraciət etməsinə mane olmur. Məlumatlar bu Qaydanın tələblərinə uyğun olmadıqda, maliyyə yardımının verilməsindən imtina edilir və bu barədə Dövlət Vergi Xidməti tərəfindən əsaslandırılmış qərar qəbul olunmaqla, 3 (üç) iş günü müddətində elektron qaydada sahibkara göndərilir. Bu qərar sahibkarın yenidən müraciət etməsinə mane olmur.

Sahibkar tərəfindən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə, həmin müraciətlər məlumatların təqdim edildiyi aydan sonrakı ay üzrə nəzərə alınır. Dövlət Vergi Xidməti təqdim olunmuş məlumatlar əsasında müraciətlərə hər ay bitdikdən sonra növbəti ayın 15-dək baxır və ödəniləcək maliyyə yardımının məbləğini müəyyən edir. Kommunal xidmətlər göstərən dövlət müəssisələri ‒ Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respub- likasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarlar tərəfindən istehlak edilmiş və dəyəri ödənilmiş kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 (beş) iş günü müddətində Dövlət Vergi Xidmətinə təqdim edirlər.

Maliyyə yardımının ödənilməsi üçün müraciət edən sahibkarlara maliyyə yardımı aşağıdakı qaydada ödənilir:

- Dövlət Vergi Xidməti hər ayın 20-dək icmallaşdırılmış məlumatlar əsasında maliyyə yardımının ödənilməsi ilə bağlı bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun ödəniş sifarişini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir;

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 (iki) iş günü müddətində bu Qaydanın 3.1.1-ci yarımbəndinə uyğun olaraq təqdim edilmiş ödəniş sifarişi əsasında maliyyə yardımının məbləğini sahibkarın bank hesabına köçürülməsini təmin edir.

Bu Qaydaya uyğun olaraq maliyyə yardımı almış sahibkarların uçotu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Ən çox oxunanalar