Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb...

Oxu.Az xəbər verir ki, sənətçi ilə vida Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək.

Mərhum oradan Suraxanı qəbrstanlığına yola salınacaq.

***

Aygün Bəylərin dəfni, çox güman, sabah olacaq.

Bunu APA-ya açıqlamasında sənətçinin bacısı Zümrüd Hümbətova deyib.

Onun sözlərinə görə, cənazə Bakıya hələ gətirilmədiyi üçün dəfn sabaha nəzərdə tutulur.

"Güman ki, sabah günorta saatlarında dəfn olunacaq. Dəfn yeri Suraxanı qəbiristanlığı nəzərdə tutulub".

***

Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi Heydər Əliyev Fondunun təyyarəsi ilə yerli vaxtla 14:00-da Ankaradan Bakıya yola düşüb.

Bu barədə APA-nın Türkiyə müxbirinin sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, cənazə bütün zəruri sənədləşdirmə işləri yekunlaşdırılaraq xüsusi təyyarə ilə yola salınıb.

***

“Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat veriblər.

Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək:

“Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətiriləcək”.
APA-nın əldə etdiyi xəbərə görə, sözügedən reys Ankaradan 12:50-də qalxacaq.

Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.

Poliqon.info


Etiket: Aygün Bəylər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar