Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobillərin gömrük rüsumu endiriləcək – Səfər Mehdiyevdən açıqlama

“Avtomobil parkımız köhnədir. İstismar edilmiş nəqliyyat vasitələrinə vergi və rüsumları, aksiz dərəcələrini nə qədər artırsaq da qiymət və insanların alıcılıq qabiliyyətini nəzərə alaraq son dövrlərdə yeni nəqliyyat vasitələrinə deyil, istismar olunmuş avtomobillərə üstünlük verilir”.

PİA.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqində deyib.

O bildirib ki, ölkəmizdə avtomobil parkının təzələnməsi üçün yeni nəqliyyat vasitələri üzrə gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə də benzinlə işləməyən vasitələrə üstünlük verilməsi ilə bağlı müəyyən layihələr müzakirə olunur:

"Ekoloji tarazlığı təmin etmək üçün istismarı beş ildən yuxarı olan nəqliyyat vasitələri Azərbaycana gətirilməməli və ya gətirillərsə çox yuxarı vergilər tətbiq olunmalıdır ki, onların ölkəyə idxalı azalsın. Minik avtomobilləri ölkəyə gətirilən zaman onların istismarı insanların sağlamlığına zərər verməməlidir. Bununla bağlı hansı qərar və tövsiyə olarsa müsbət yanaşırıq. Hökumətdə də məsələ ilə bağlı müzakirələr olub. Buna qarşı çıxmırıq, əksinə dəstəkləyirik ki, avtomobil parkımızı son 10 ildə yeniləmək mümkün olsun. Bununla bağlı çalışmalarımız var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

Ən çox oxunanalar