Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstraliyada ətin kiloqramı təqribən bir dollara düşüb: Maraqlı səbəb

Avstraliyalı fermerlər getdikcə daha çox qoyun kəsməyə, ətini də çox aşağı qiymətə satmağa və hətta pulsuz verməyə məcbur olurlar...

Buna səbəb ölkədə qoyun sayının həddindən artıq artmasıdır. Buna görə son bir ildə quzu ətinin qiyməti 75 faiz ucuzlaşıb, bəzi yerlərdə ətin bir kiloqramının alış qiyməti bir dollardan bir qədər çoxdur.

Heyvanların öz qiymətləri də kəskin ucuzlaşıb: bir qoyun üçün alıcılar orta hesabla 22 dollar verirlər, lakin tez-tez belə hallar olur ki, fermer bir qoyunu bir dollara, hətta ondan da ucuz satmağa məcbur olur.

Həmçinin pulsuz da olsa, qoyun götürmək istəyənlər azdır: bu il Avstraliyada quraqlıq gözlənilir və heyvanların yemlənməsi ilə bağlı problemlər artacaq.

Qeyd edək ki, Avstraliya dünyanın ən böyük qoyun əti istehsalçısı və ixracatçısıdır.

Hazırda ölkədə heyvan sayının 78,7 milyonu keçdiyini təxmin edilir.

Hətta ət ixracı da vəziyyətə kömək edə bilmir. Oktyabr ayında ölkənin ixrac həcmi 50,8 min tonu ötüb ki, bu da mütləq rekorddur.(oxu.az)

Poliqon.info


Etiket: ət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar