Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada koronavirus təklükəsi böyüyür, qadağalar qayıdır

Bir sıra Avropa ölkələrində COVİD-19 koronavirüsünə yeni yoluxma hallarında artım rekord həddə çatıb.

“İnterfax” xəbər verir ki, xüsusilə Almaniyada bir gündə 6,6 min nəfərdə COVİD-19 müəyyən edilib. Bu, koronavirus pandemiyası başlayandan bəri ölkədə ən böyük artımdır.

Almaniya kansleri Angela Merkel bu barədə narahatlığını bildirib:

“Yüksələn yoluxma sayı məni narahat edir. Bunu saxlamalıyıq”.

Onun sözlərinə görə, Almaniya 250 milyard avro borclanacaq.

Çex Respublikasında da rekord səviyyədə virusa yoluxma qeydə alınıb. Sutka ərzində ölkədə 9,5 min insan virusa yoluxub.

Koronavirusla bağlı oxşar vəziyyət fonunda bəzi Avropa ölkələri məhdudiyyətlərə geri qayıdır. Məsələn, Portuqaliya cümə axşamından bəri beş nəfərdən çox insanın toplaşmağını qadağan edib. Həmçinin ölkədə təhlükəsizlik tədbirlərinə riayət etməyən şirkətlərə tətbiq olunan cərimə 5 min avrodan 10 min avroya qaldırılıb.

Niderlandda maska taxmaq məcburiyyəti, spirtli içki satışı, o cümlədən digər məhdudiyyətlər qüvvəyə minir.

Kataloniyada bütün bar və restoranlar cümə axşamından etibarən 15 günlük bağlıdır. İdman zalları, kinoteatrlar və teatrların 50 faizinin, mağaza və bazarların isə 30 faizdən çox olmamaq şərti ilə fəaliyyətinə icazə verilir.

İspaniya yoluxma sayına görə uzun müddət dünya ölkələri arasında beşinci sırada olan Kolumbiyanın yerini tutub. Ölkədə ümumilikdə 937 311 nəfərdə koronavirus aşkarlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - Foto

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Ən çox oxunanalar