Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada ən böyük casusluq qalmaqalı - Almaniyadakı rus “köstəbəyi”…

Alman kəşfiyyatında FTX-ya işləyən “köstəbək” Rusiyadan 400 min avro alıb…

Poliqon.info xəbər verir ki, bu barədə The New York Times mənbəyə istinadən məlumat yayıb.

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) Rusiyaya casusluqda şübhəli bilinərək həbs edilən əməkdaşı Karsten L. İstintaqa verdiyi məlumata görə, Rusiyayaya ötürdüyü informasiyanın əvəzinə 400 min avro alıb.

Həbs edilən BND əməkdaşı üçün nəzərdə tutulan son pul tranşı Münhen hava limanında həbs edilərkən dostu Artur E.-dən götürülüb. Onun yanında 100.000 avro olan zərf olub, deyə NYT yazır.

Qeyd edək ki, alman nəşrlərinin hökmdən əvvəl həbs olunanların adlarını açıqlamaq hüququ yoxdur. Digər ölkələrin nəşrləri isə bu işdə Karsten Linke və Artur Ellerin həbs olunduğunu yazır.

New York Times nəşri Linkenin Rusiyaya hansı məlumatı ötürə biləcəyini açıqlamır. Bununla belə, onun geniş məlumat bazasına, o cümlədən internet casusluğu nəticəsində əldə edilmiş məlumatlara, habelə Baltik dənizində Almaniya Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat gəmiləri tərəfindən ötürülən məlumatlara çıxışı olduğu məlumdur. O, həmçinin ABŞBritaniya kəşfiyyatının hesabatlarına çıxış əldə edib.

Linke bu məlumatların bir qismini şəxsi mənfəət üçün istifadə etdiyi bildirilir.

İfşa edilməzdən bir qədər əvvəl BND-nin əməkdaşı şəxsi heyətin təhlükəsizliyinin rəisi vəzifəsinə yüksəldilib. NYT yazır ki, bu, ona şantaj və ya rüşvətxorluğa məruz qalan agentlər haqqında məlumatları Moskvaya ötürməyə imkan verə bilərdi.

Spiegel bir gün əvvəl yazıb ki, Karsten Linke vasitəsilə, FTX Ukrayna ordusunun artilleriya və zenit mövqelərinin yeri barədə məlumat əldə etməyə çalışıb. Xüsusilə, Rusiya kəşfiyyatı ABŞ-ın tədarük etdiyi HIMARS raket buraxılış sistemlərinin və Almaniyanın göndərdiyi İris-T hava hücumundan müdafiə sistemlərinin koordinatlarını öyrənmək istəyib. Bunun üçün Linke, Spiegel-ə görə, “altı rəqəmli məbləğ” alıb. NYT-nin şənbə günü yazdığı 100.000 və 400.000 avro bu təsvirə uyğun gəlir.

BND-dəki “köstəbək” hekayəsi onilliklər ərzində Avropada ən böyük casusluq qalmaqalına çevrilib. Bu, Böyük BritaniyaABŞ-ın bəzi həssas məlumatların Almaniya ilə paylaşılmasını dayandırmasına səbəb olub.

Carsten Linkenin motivləri hələ tam aydınlaşdırılmayıb. NYT-nin məlumatına görə, onun borcu olmayıb və belə çıxır ki, ideoloji səbəblərdən casusluq edə bilərdi. Onun mənzilində ifrat sağçı AfD partiyasının vərəqələri tapılıb. Bundan əlavə, o, millətçi melodiyalar olan bir YouTube kanalına abunə olub.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri qarşılaşıb

"Qarabağ" yoxlama görüşündə qələbə qazanıb

AVRO-2024: İlk yarımfinal görüşü start götürüb

Ən çox oxunanalar