Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı Rosselxozbank-ı SWIFT-ə qoşmayacaq...

Aİ taxıl müqaviləsi çərçivəsində Rosselxozbank-ı SWIFT-ə qoşmaq niyyətində deyil...

Avropa İttifaqı Rosselxozbank üzərindən sanksiyaları yalnız Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra ləğv edə bilər.

Poliqon xəbər verir ki, bu barədə Aİ Xarici Xidmətinin rəsmi nümayəndəsi Peter Stano Rusiyanın “İzvestiya” qəzetinə bildirib.

Qeyd edək ki, Rosselxozbank-ın yenidən SWIFT-ə yqoşulması “taxıl müqaviləsi” üçün Rusiyanın əsas tələbidir. Xatırladaq ki, taxıl müqaviləsi” ötən həftə iki ay daha uzadılıb.

Rusiya banklarının SWIFT-dən azad edilməsinə gəlincə, bu, Avropa İttifaqı və digər ölkələrin tətbiq etdiyi sanksiyaların bir hissəsidir”, Stano “İzvestiya”ya deyib. O qeyd edib ki, məhdudiyyətlər yalnız münaqişə bitdikdən sonra yumşalda və ya götürülə bilər.

Aİ xarici xidmətinin nümayəndəsinin sözlərinə görə, yalnız Ukraynadakı hərbi əməliyyatlar maneəsiz ticarət axınına və Qara dəniz vasitəsilə ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına mane olur. Stano hesab edir ki, münaqişə “qlobal ərzaq təhlükəsizliyi problemlərini ciddi şəkildə kəskinləşdirib”.

Bununla belə, cənab Stano qeyd edib ki, Brüssel sanksiyaları Rusiya ilə üçüncü ölkələr arasında kənd təsərrüfatı və ərzaq məhsulları ticarətinə təsir etmir və onlar arasında ödəniş variantları hələ də mövcuddur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Ən çox oxunanalar