Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İittifaqında qanunsuz immiqrasiya üzrə on illik rekord qırılıb

2023-cü ildə Aİ-də qeyri-qanuni immiqrasiya rekordu qırılıb: sığınacaq üçün müraciətlərin sayı 2016-cı ilin miqrasiya böhranından bəri bu qədər də yüksək olmayıb...

Poliqon xəbər verir ki. bu barədə İsveçin “Fria Tider” nəşrinin məlumatında bildirilir. Nəşr yazır ki, “Eurostat”ın məlumatına görə, 2023-cü ildə bir milyondan çox insan ilk dəfə Aİ-nin 27 ölkəsindən birində sığınacaq üçün müraciət edib.

Nəşr qeyd edir ki, 2023-cü ildə sığınacaq üçün müraciətlərin sayı 2008-ci ildə məlumatların toplanmasına başlandıqdan sonra üçüncü, son on ildə isə ən yüksək göstəricidir.

İsveçdə 2022-ci ilə nisbətən daha az ərizə təqdim edilib və ümumilikdə 2023-cü ildə əldə olunan nəticə müşahidələr başlayandan bəri ölkə üçün ən aşağı göstərici olub. Almaniya sığınacaq üçün ən çox müraciət edən ölkə olaraq qalır.

Fria Tider qəzeti qeyd edir ki, İsveçdə ailə immiqrasiyasının miqyası azalmır. 2024-cü ilin əvvəlində ölkədə 30 minə yaxın açıq ailə immiqrasiya işi olub ki, onların da əksəriyyəti Suriya, Əfqanıstan və Eritreya vətəndaşları olub. Söhbət əvvəllər ölkəyə qeyri-qanuni yolla gəlib sığınacaq almış şəxslərin qohumlarından gedir.

Xatırladaq ki, Niderland qaçqınların deportasiyası ilə bağlı xəbərdarlıq edib. 24 fevral 2022-ci il tarixindən əvvəl ölkədə yaşamaq icazəsi olan və Hollandiyaya qaçan 1700-ə qədər insan aprelin 1-dən sonra vətəndaş oldi=uqları ölkələrə deportasiya edilə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - Video, Foto

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

AVRO-2024: İngiltərə - İsveçrə matçına start verilib

Ən çox oxunanalar