Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatının loqosunda Rafael Ağayevin şəkli olacaq

Bakıda 14-17 mart tarixlərində X “Baku Open” beynəlxalq karate turniri keçiriləcək

Bu yarış gələn il Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq. Sözügedən yarışda ona yaxın ölkə iştirak edəcək.

PİA.az xəbər verir ki, bunu Oxu.Az-a Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

O bildirib ki, martın 13-də Avropa Hakimlər Komissiyasının avstriyalı sədri Alois Visbök yarışın referileri üçün seminar keçirəcək. Həmçinin, bu yarışı Avropa Karate Federasiyasının ispaniyalı prezidenti Antonio Espinos da izləməyə gələcək.

“Bildiyiniz kimi, mən həm də Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin üzvüyəm. Bakıda Premyer Liqa və A Seriyası turnirlərinin keçirilməsi üçün dəfələrlə Espinosla söhbətim olub. Mənə deyib ki, çalışın, “Baku Open”ı və Olimpiadaya son lisenziya verən Avropa çempionatını yaxşı keçirməliyik.

O deyib ki, bu yarışları yaxşı təşkil etsək, 2021-ci ildə Premyer Liqa yarışının Bakıda keçirilməsinə razılıq veriləcək. Premyer Liqa isə A Seriyası ilə birgə 196 ölkədən cəmi 11-də keçirilir”, – deyə Yaşar Bəşirov bildirib.

Onun sözlərinə görə, gələn il martın 26-29-u tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək karate üzrə Avropa çempionatının loqosunda isə beşqat dünya çempionumuz Rafael Ağayevin şəkli əks olunacaq:

Avropa çempionatının loqosu, demək olar ki, hazırdır. Bunu özümüz hazırlayırıq. Çünki bu işi hamıdan yaxşı bilirik. Burada 2020-ci ili və Bakıda keçirilən Avropa çempionatının 55-ci olmasını vurğulamalıyıq. Orada Rafael Ağayevin əksi olmalıdır. Çünki yaxın yüz ildə çətin ki Rafael kimi nəticəsi olan idmançı Azərbaycanda olsun”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ən çox oxunanalar