Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb

Bir həftə davam edəcək qitə birinciliyində I kateqoriyalı hakimlərdən Natiq Hacıyev və Elman İsmayılov ədaləti qoruyacaq...

 13-də Rumıniyanın paytaxtı Buxarestə start götürəcək 23 yaşadək güləşçilər arasında Avropa çempionatına qatılacaq Azərbaycan millilərinin heyətləri bəlli olub.

Federasiyadan verilən məlumata görə, yeddi gün davam edəcək turnirdə ölkə güləşin hər üç növündə təmsil olunacaq.

Yunan-Roma güləşçiləri yarışın ilk günlərində mübarizə aparacaq. Məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Rahim Həsənov (55 kq), Elmir Əliyev (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaq.

Yarışın ortalarında qadın güləşçilər qüvvələrini sınayacaqlar. Baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarov ötən il analoji yarışa qatılmış heyətə yenidən şans verib. Bu dəfə də U-23 Avropa çempionatında komandanı Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək.

Çempionatın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaq. Məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ayxan Abdullazadə (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) mübarizə aparacaq.

Qeyd edək ki, bir həftə davam edəcək qitə birinciliyində I kateqoriyalı hakimlərdən Natiq Hacıyev və Elman İsmayılov ədaləti qoruyacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Ən çox oxunanalar