Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aşura günündə yaşanmış xoşagəlməz hadisələr - Foto + Video

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının bu il Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fitvaya əsasən bu gün Aşura günüdür


Bakı və rayonlarda axşam saatlarından etibarən Kərbəla şəhidlərinin xatirəsinin yad edilir, təziyələr saxlanılır.

Aşura mərasimləri bu gün ölkə boyunca bütün məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda keçirilib. Ehsanlar paylanılıb, nəzirlər verilib, QMİ-nin təşəbbüsü ilə tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaları da təşkil olunub. Qeyd edək ki, qanvermə aksiyaları Bakı və ətraf rayonlarda axşam saat 18:00-dək davam edəcək.

Bütün bunlar gözəldir. Amma təəssüf ki, hər il təşkil olunan Aşura mərasimlərində paylanılan ehsanlar, verilən nəzirlər, görülən xeyirli, savab əməllərlə yanaşı arzuedilməz mənzərələr də az olmur. Məscidlərin ətrafında yaranan qaraçı-dilənçi ordusu, insanların məscidə girmək, qan vermək üçün basabas yaratması, bir-biri ilə kobud şəkildə davranması, valideynləri tərəfindən məscidlərə gətirlən azyaşlı körpələrin ağlaşması, zəncir vurmaq qadağan və haram elan edildiyi halda gənclərin özlərini yersiz şəkildə zəncirlə döyməsi, alnını yarması, qan çıxarması, bütün bunların da polisin, mərasim təşkilatçılarının gözü önündə cərəyan etməsi... Bunlar Aşuranın ilahi-fəlsəfi anlamını dərk etmək istəklərinə heç də yaraşmayan hallardır...

Bütün bu arzuedilməz hallar bu il də müşahidə olundu.












Virtualaz.org saytının müxbiri bu gün səhər saatlarından Aşura gününün keçirilməsinin gedişini Təzəpir məscidində izləyib. Əməkdaşımız yuxarıda sadaladığımız xoşagəlməz hadisələri yenə də müşahidə edib.

Ciddi polis mühafizəsi ilə əhatə olunan məscidə xeyli sayda insan toplaşmışdı. Sayı-hesabı bilinməyən qaraçı və dilənçilər yenə də “iş başında” idi. Onlar Təzəpirə axışan insanların qabağına sürü ilə yüyürüb sədəqə istədikləri üçün məscidin giriş-çıxışında ciddi basırıq yaranırdı. Polislər tərəfindən isə heç bir tədbir görülmürdü.

Başqa bir qanqaraldıcı vəziyyət isə QMİ tərəfindən təşkil olunan qanvermə aksiyasında yaşandı. Azərbaycanda həmişə növbədə gözləmə məsələsində problemlər yaşandığı kimi burada da insanlar arasında ciddi narazılıqlar oldu. Səhər saat 8-dən etibarən növbəyə duran insanlar qan vermək uğrunda sözün əsl mənasında mübarizə aparırdı.

Burada da polis nəzarəti və təşkilatçılıq demək olar ki, yox dərəcəsində idi. Qan vermək üçün növbəyə duran insanlara yalnız bir polis əməkdaşı nəzarət edirdi. Onun səyləri isə bu qədər insan arasında qayda-qanun yaratmağa yetərli deyildi. Beləliklə, qan vermək istəyən insanların “qanı qaralırdı”.

Hər il Aşura günlərində məscidlərə körpə uşaqların gətirilməsi bu il də müşahidə olundu. Valideynlər arasında uşağının zəncir vurmasını, baş yarmasını niyyət etdiyi üçün məscidə gətirdiyini deyən valideynlər də var idi. Amma balacaların çoxu ilk dəfə gördükləri bu mənzərədən qorxurdu. Kişilərin zəncir vurub qışqırması, qadınların sinə döyüb mərsiyə deməsi, hər tərəfdən ucalan ağlaşma, qışqırıq və ağıların yaratdığı vahiməli, qorxunc auranın izləri körpələrin gözündən hiss olunurdu. Qorxusundan ağlayan azyaşlı uşaqların bəziləri ən azı insaflı valideyinlər tərəfindən məsciddən uzaqlaşdırlırdı. Bir çox azyaşlılar isə valideynləri ilə birlikdə Aşura mərasimində sona qədər iştirak etdi.













(Qeyd edək ki, bu gün azyaşlı uşaqlarla bağlı yaşanan ən faciəli hadisə mərasimə gətirilmiş iki azyaşlı qızın Maştağadakı məscidin qarşısında maşın tərəfindən vurulub öldürülməsi oldu. Virtualaz.org-da bu haqda digər məqalədən ətraflı oxuya bilərsiniz: link).

Zəncir vuranlar, sinə döyənlər bu gün də meydanlarda idi. Dünən axşam QMİ tərəfindən verilən Aşura fitvasında qeyd olunan “Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir” xəbərdarlığı nəzərə alınmadı. Özü də QMİ rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahının yerləşdiyi məscidin həyətində...

Bir məqamı da qeyd edək ki, İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyatçı Hacı Surxay dünən axşam televiziyadakı çıxışında Aşura mərasimlərində şəbeh tamaşaları göstərməyi arzuolunmaz sayaraq bədənə xəsarət yetirən əməllərin haram edildiyini demişdi.

Bütün bu xəbərdarlıqlara baxmayaraq şəbehlər deyildi, zəncirlər vuruldu. Yaranan basabasda ürəyi gedənlər də oldu, gözüyaşlı körpələr də oldu, Aşuranın insanlarda yaratdığı qeyri-adi ovqatdan sui-istifadə edib yaxşıca pul qazanan dilənçilər də...

Sonda isə bizə onu demək qalır ki, Allah edilən niyyətləri, verilən nəzirləri qəbul eləsin. Ümid edək ki, gələn Aşura günlərində bu xoşagəlməz hadisələr yaşanmayacaq... 












Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ötən gün polislər belə güllələnib - Anbaan video

Şoyqu və Gerasimov haqqında həbs qərarı çıxarıldı

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

Oliqarx Leysan Məmmədovun oğlu “Sea Breeze”də yenidən dava saldı – Şok təfərrüat

Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? - Detallar

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Ən çox oxunanalar