Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astarada intensiv yağıntılar fəsadlar törədib: körpü dağılıb

Astara rayonunda intensiv yağıntılar fəsadlar törədib...

“Report”un Cənub bürosunun məlumatına görə, hava şəraitinin yağıntılı olması bölgədə sürüşmə zonalarında aktivliyi artırıb.

Belə ki, Astaranın dağlıq ərazilərində bir neçə yerdə torpaq sürüşmələri qeydə alınıb. Dağ massivindən qopan böyük torpaq layının sürüşməsi nəticəsində Pəlikeş inzibati dairəsinə daxil olan Lomin kəndində bir yaşayış evi qəzalı vəziyyətə düşüb. Kənd sakini Aynagül Baloğlan qızı Nabatovaya məxsus olan evin arxa tərəfi və həyətinə iki metrə yaxın ərazi torpaq qatı ilə dolub. Qeyd edək ki, həmin yaşayış evi üçün 2019-cu ildə də eyni təhlükə yaranmışdı.

Bundan başqa, aramsız yağışlar səbəbindən kənd ərazisindən keçən çayda sel yaranıb və piyada köpüsünü dağıdıb. Çayın digər tərəfi ilə əlaqə çətinləşib.

Astara Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə baş verəndən dərhal sonra ailə qohumlarının evinə köçürülüb: “Hazırda əraziyə texnika çıxarmaq mümkün deyil. Çayda suyun səviyyəsi aşağı düşən kimi texnikanın köməyi ilə evin ətrafı təmizlənəcək. Piyada körpüsünün bərpası üçün də lazımi işlər görüləcək”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay