Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-dakı deputatımızın erməniyə uğursuz “cavabı”... – Video

AŞPA-ya göndərilən azərbaycanlı deputatlar həm beynəlxalq hüquq, həm vəkilli (advocacy), həm də “siyasi kommunikasiya” ilə bağlı təlimlər almalıdır.

PİA.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib.

O, AŞPA-da çıxış edən Kamal Cəfərovun çıxışının videosunu paylaşaraq, olduqca ciddi səhvlərə yol verdiyini bu cür sıralayıb:

1. Danışığının giriş hissəsi ümumiyyətlə mənasızdır; Assambleyanı ittiham edib özünə (dövlətə) düşmən qazandırır. Erməni deputatlarını ittiham etməkdənsə, AŞPA-nı ittiham etməsi naşılıqdır. Madam ermənilər sizdən aktiv davranıb öz məsələlərini gündəliyə sala biliblər, debatdan qaçmayın. AŞPA Azərbaycana nə edəsidir ki?

2. Əsirlərlə bağlı ittihamlara beynəlxalq hüquq daxilində cavab verilməlidir. AŞPA həmin saxlanılan şəxslərin saxlanma şəraiti ilə maraqlana, müzakirə edə bilər. Lakin onların qaytarılması məsələsi tərəflər arasında aparılacaq danışıqların predmetidir. AŞPA buna dair müzakirə apara bilməz.

3. Mina xəritələrinin verilməməsi ilə bağlı cavabı doğruydu, lakin ona daha da fokuslanaraq davam etməli idi. Məsələn, bu məsələni gündəliyə salmaq lazımdı.

4. Siyasətçi incimiş tonla danışmamalıdır. Nifrət tonu ondan daha yaxşıdır. Burada ən gözəli isə danışıq tonunda bir az zarafat, sarkazm, lazımdırsa, istehza qataraq danışmaqdır. Assambleyadan niyə inciyirlər ki, bizim deputatlar? Ora debat yeridir.

5. Deputatların AŞPA binasında “side-event” keçirmə imkanı var. Buyursun, “side-event” keçirsin, orda mina xəritələrinin verilməməsi barədə danışsın, erməni deputatını da debata dəvət etsin - özünə güvənirsə.

6. Ümumiyyətlə deyilməli olanın 30%-ni demiş oldu. (Bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar